Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:17 | 14 avqust 2017 | Bazar ertəsi
Məqaləyə 2371 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyib. Avetyan Azərbaycan prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını alsın.
«Mən Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana , Azərbaycanın İsveçdəki səfirliyinə, beynəlxalq təşkilatlara müraciət etmişəm ki, mənə kömək etsinlər, imkan verməsinlər ki, erməni xüsusi xidmət orqanları mənim azyaşlı qızımı qanunsuz şəkildə Ermənistana aparsın», - Vahe Avetyan «İnterfaks-Azərbaycan»a bildirib.
Erməni hüquq müdafiəçisi deyir ki, o, keçmiş arvadı ilə birlikdə İsveçdə yaşayır və müəyyən vaxtda qızına baş çəkməyə icazəsi var. 2013-cü ildə Avetyanın keçmiş arvadı erməni xüsusi xidmət orqanları ilə əlbir olaraq onun azyaşlı qızını Ermənistana aparıb. Avetyan qızının dalınca Ermənistana getməli olub və orada həbs edilib, bir müddət həbsxanada qalıb. Həmin vaxt Avetyan çətinliklə də olsa qızını İsveçə geri qaytara bilib. İndi analoji vəziyyət təkrarlanır, Avetyan hesab edir ki, Serj Sərkisyanın rejimi onu müəyyən təhlükə kimi görür. Onun bildirdiyinə görə, bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri yenidən İsveçdə peyda olub, orada onun keçmiş arvadı ilə görüşüb. Avetyan iddia edir ki, erməni xüsusi xidmət orqanları İsveçin dövlət strukturlarının nümayəndələrini ələ alaraq onun qızını Ermənistana aparmağa çalışır.
«Noyabrda məhkəmə olacaq ki, uşaq hansı valideyinlə qalmalıdır. Proses yəqin ki, mənim xeyrimə nəticələnəcək və görünür buna görə Ermənistan hakimiyyəti qızımı oğurlamağa çalışır. Qızımı Ermənistana aparmaq cəhdi məni şantaj etmək üçün misli görünməmiş addımdır. Şantajın mahiyyəti odur ki, məni Ermənistanın indiki rəhbərliyini tənqid etməkdən daşındırsınlar, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair fikirlərimin qarşısını alsınlar», - Avetyan bildirib.
Xatırladaq ki, Avetyan Ermənistan-Azərbaycn sülh platformasına qoşulanlardan biridir. O, Bakıda olub və Xocalı soyqırımına görə üzr istəyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.