Polşanın NATO-dan “PUA divarı” istəyi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
18:20 | 25 avqust 2017 | Cümə
Məqaləyə 2812 dəfə baxılıb
Şriftin ölçüsü
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Litvada uşaqlara PUA təhsili veriləcək
Rusiyanın Ukraynaya yönəlmiş raket və PUA hücumlarında ən azı 6 ölü
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Ukrayna-Rusiya müharibəsi davam edərkən dron çəkilişlərinin artması narahatlığı artırıb
Türk PUA-ları ilə bağlı texnoloji sıçrayış
Qonşu ölkələrin Türkiyə istehsalı PUA-larla silahlanması rəsmi Dehlinin yuxusunu qaçırdıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
Lazerlər və PUA-larla bağlı inqilabi hərbi innovasiya
“4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?
İsrail Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Hərbi Hava Qüvvələrinin balansına «Elbit Systems» şirkəti tərəfindən hazırlanan müasirləşdirilmiş «Hermes 900» taktiki pilotsuz uçuş aparatı daxil olub.
Modern.az saytının məlumatına görə, bu haqda İsrail mediası bildirib.
İsrail KİV-ləri yazıb ki, modernləşdirilmiş «Hermes 900»-ün ilk alıcılarından biri də Azərbaycan olacaq.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında 2006-cı ildən «Hermes 450» pilotsuz uçuş aparatları var. 2016-cı ildə isə Azərbaycanın 15 «Hermes 900»ü olub. Bu haqda Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun 2016-cı il üzrə hesabatında deyilirdi.
İsrail mətbuatı yazıb ki, İsrail ordusunda müasirləşdirilmiş «Hermes 900» 2014-cü ildən qərar tutmağa başlayıb.
Məlumata görə, «Hermes 900» ilk dəfə 2014-cü ilin 15 iyulunda döyüş şəraitində sınaqdan keçirilib.
Modernləşdirilmiş «Hermes 900»lə işləyən İsrail zabitləri bildiriblər ki, öz sələfi ilə müqayisədə bu pilotsuz uçuş aparatını «kvant sıçrayışı» kimi xarakterizə etmək olar.
Onun döyüş imkanlarını nəzərə alaraq, demək mümkündür ki, geniş döyüş imkanları spektri var və yüksək ötürücülük qabiliyyətnə malikdir. Həmçinin başqa parametrlərə görə sələfindən fərqlənir.
Müasirləşdirilmiş «Hermes 900» peyk əlaqəsi sistemi ilə də təchiz edilir. İdarəetmə yerüstü məntəqədən peyk vasitəsi ilə operator tərəfindən həyata keçirilir.
«Hermes 900» yüksək uçuş məsafəsinə malikdir və güclü kəşfiyyat apara bilir. Aparat 9 min metr yüksəklikdə uçmağa qadirdir və 350 kiloqrama qədər yük daşıya bilir.