
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
Ermənistan Laçın ermənilərinə söz verib
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
VAXT.AZ bildirir ki, Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətləri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən yanğınla əlaqədar birgə məlumat yayıblar.
Avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utilləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyə olunublar.
Saat 13 radələrinədək hadisə yerində işləyən 6 şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb. Digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb.
Eyni zamanda, N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şuraabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.
Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.
Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq, Azərbaycan Respublikası Prezidentinə məlumat verilir.