Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:49 | 1 sentyabr 2017 | Cümə
Məqaləyə 2834 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Azərbaycanın Naxçıvan bölgəsinə böyük hərbi qüvvə cəmləşdirməsi faktı Ermənistanda ciddi narahatlıq və təşvişə səbəb olub.
Xəbər verildiyi kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sərəncamında yüzlərlə tank və digər zirehli texnika, böyük dağıdıcı güc malik olan «Smerç» və «Kasırğa» reaktiv-yaylım atəşi sistemləri, ən müasir radioelektron mübarizə vasitələri, pilotsuz kəşfiyyat və zərbə aparatları, çoxsaylı artilleriya qurğuları mövcuddur. Bu günlərdə isə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin Naxçıvanda dislokasiya olunmuş Su-27 hücum-bombardmançı təyyarələrinin uçuşlarını nümayiş etdirdi.
Naxçıvan Azərbaycanın Ermənistan paytaxtına ən yaxın ərazisidir və oradan İrəvana cəmi 90 kilometr məsafə var. Nəticədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasındakı vasitələr İrəvana, o cümlədən Ermənistanın içərilərindəki digər hədəflərə dağıdıcı zərbələr endirməyə imkan verir. Bu səbəbdən neçə gündür erməni medası, ekspert çevrələri və sosial şəbəkə istifadəçiləri Naxçıvandakı cəmləşməni müzakirə edirlər.
Virtualaz.org xəbər verir ki, bu gün İrəvanda müdafiə nazirinin müavini Artak Zakaryana da Azərbaycan ordusunun Naxçıvanda cəmləşməsi haqda sual veriblər və ondan soruşublar: Ermənistan bununla bağlı KTMT-yə müraciət etməyə hazırlaşırmı?
Zakaryan deyib ki, hələlik Azərbaycanın Naxçıvan istiqamətində dövlət sərhədi boyu hərbi texnika cəmləşdirməsi ilə bağlı KTMT-yə müraciət etməyə ehtiyac yoxdur. «Bu gün belə zərurət yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin o cümlədən Naxçıvan istiqamətində silah-texnika cəmləməsi bizim üçün yenilik deyil. Hər şey nəzarət altındadır»-Zakaryan erməni ictimaiyyətində yaranmış təşvişi azaltmağa çalışaraq deyib.