“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
16:01 | 4 sentyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2525 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Ermənistan son anda NATO-nun Gürcüstanda keçirdiyi «Agile Spirit 2017» («Çevik ruh 2017») hərbi təlim məşqlərində iştirak etməkdən imtina edib, Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Georgi Kacaravaya istinadən Ermənistan mediası xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi qabaqcadan razılıq verdiyi NATO hərbi təlimində iştirak etməmək qərarını şərh etməkdən də imtina edib.
Görünür, Ermənistanın bu qərarı son anda qəbul olunub və gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib, BBC Azərbaycancanın Yerevan müxbiri Alexey Manvelyan xəbər verir.
Ermənistan bayrağı ilə yanaşı «Agile Spirit 2017» nişanı üzərində təlimdə iştirak edən Gürcüstan, ABŞ, Rumıniya, Ukrayna, Latviya və Azərbaycanın bayraqları da təsvir olunur.
«Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək «Agile Spirit 2017» hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin, təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi», - cənab Kacarava deyib.
Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak etməkdən imtina etmişdi.
Müşahidəçilərin fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsi kimi anlanıla bilər.
«Ermənistan hərbi təlimdə iştirak etməyəcəyini qabaqcadan bəyan etsəydi, bütün tərəflər bu qərara normal yanaşardı. Bu halda isə, müxtəlif fikirlər yaranır. Bu, Rusiya tərəfindən təzyiq kimi yozula bilər», - Lester Universiteti kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar departamentinin elmi işçisi Eduard Abramyan «tert.am» internet nəşrinə müsahibəsində deyib.
Eyni zamanda, təhlilçi hesab edir ki, erməni tərəfinin NATO tədbirlərində «həddən böyük» fəallığı Rusiya ilə gərginliyə səbəb ola bilər, çünki, onun sözlərinə görə, Moskva özünü NATO və blokun yaxın müttəfiqləri (Ukrayna və Gürcüstanla) ilə qarşıya qoyur və hətta sırf sülhməramlı və müdafiə xarakterli tədbirlər belə Moskva tərəfindən öz regional maraqlarına təhlükə kimi qəbul olunur.
«Agile Spirit 2017» hərbi təlimləri sentyabrın 3-də saat 12:00-da Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək. Rəsmi açılış mərasimində Gürcüstan prezidenti Qriqori Marqvelaşvili və müdafiə naziri Levan İzoriya iştirak ediblər.
«Agile Spirit 2017» hərbi məşqlərinin məqsədi böhranlı və başqa vəziyyətlər zamanı NATO sürətli reaksiya qüvvələrinin birgə iştirakının hazırlıq səviyyəsini qaldırmaqdır.
Daha əvvəl kütləvi informasiya vasitələri Axalsixedəki poliqona bir neçə «Abrams» ABŞ tankı və 5 yüzə yaxın hərbçi gəldiyini bildirmişdilər.
2011-ci ildən bəri Gürcüstanda keçirilən «Agile Spirit» hərbi təlimləri Gürcüstan-NATO tədbirlər paketi çərçivəsində işlənib hazırlanmışdır.