Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
01:07 | 6 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 2551 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən bəyan edib ki, Ermənistan nüvə silahına malikdir. Bunu o, Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forum zamanı virtualaz.org-un müxbiri ilə söhbətində deyib.
Xatırladaq ki, Qrant Baqratyan əvvəllər də bir neçə dəfə Ermənistanda nüvə silahının mövcudluğunu bildirib. Siyasətçi bu barədə danışarkən deyirdi ki, Ermənistanda bu silah keçən əsrin 70-ci illərindən var. Baqratyan izah edirdi ki, Ermənistanda nüvə silahının mövcudluğu «Azərbaycan və Türkiyəni saxlayan faktor kimi» lazımdır.
Virtualaz.org-un əməkdaşı ilə söhbətində Q.Baqratyan, onun bəyanatlarının böyük hay-küy yaratmaq üçün səsləndirildiyi barədə iddiaları rədd edib və bir daha vurğulayıb ki, nüvə silahı Ermənistana sovet vaxtlarından qalıb.
«Bəli bizdə nüvə silahı var və mən bunu açıq deyirəm», - o əlavə edib.
Əməkdaşımızın «qorxmursunuzmu ki, belə bəyanatlardan sonra Ermənistanı sanksiyalar baxımından Şimali Koreyanın taleyi gözləyə bilər» sualının cavabında isə Baqratyan deyib: «Ermənistan özünü Azərbaycandan necəsə müdafiə etməlidir».
Qeyd edək ki, 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 1993-cü ildə müdafiə naziri vəzifəsini icra etmiş general-leytenant Norat Ter-Qriqoryans əvvəllər Ermənistanın atom silahı almaq arzusu haqda açıq bəyan edirdi. Eyni zamanda, Ermənistanın yüksək vəzifəli digər şəxsləri də bir neçə dəfə hərbi arsenalda «çirkli bombaların» mövcudluğuna işarə etmişdilər.