Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
11:48 | 6 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 2724 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
«Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlar həyata keçirən Ermənistan təyyarələrini və helikopterlərini Silahlı Qüvvələrimiz vura bilər. Bu Azərbaycanın haqqıdır. Bunu ermənilər də çox gözəl bilir». Bunu «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib.
E.Şahinoğlu deyib ki, Ermənistan Xankəndində hava limanını tədricən işə salır, amma uçuşlar həyata keçirə bilmir.
«Çünki onlar bilirlər ki, bu, beynəlxalq hüquqa da ziddir. Azərbaycan tərəfi heç bir dövlətə onun icazəsi olmadan uçuşlar həyata keçirməsinə icazə vermir. Son zamanlar erməni separatçıları təxribatlara başlayıblar. Xankəndi Şuşa istiqamətində uçuşlar həyata keçirirlər. Biz buna son qoymasaq, onlar bu təxribatlarını daha da genişləndirəcəklər. Necə ki, Kəlbəcərdə Mineral su zavodu açırlar, yol çəkirlər, Şuşada tikinti işləri aparırlar. Halbuki, həll planına görə, Ermənistan Dağlıq Qarabağa aid olmayan rayonları boşaltmalıdır. Bu bəmçinin həmsədr dövlətlərin vecinə də deyil. İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Ona görə də biz hər zaman işğalçını təzyiq altında saxlamalıyıq».
Bəs belə olan təqdirdə Ermənistan rəhbərliyini Qarabağa gətirən helikopterlər vurula bilərmi?
E.Şahinoğlu sualı belə şərh edib: «Mən demirəm ki, Serj Sərkisyan helikopterlə Xankəndinə gəlsə, mütləq onu vurmalıyıq. Bu əlbəttə ki, müəyyən problemlər yarada bilər. Amma biz hansısa yolla işğalçıya mesaj göndərməliyik ki, bu etməyin. Əks halda cavabınızı alacaqsınız. Ermənilər belə təxribatlarını getdikcə genişləndirirlər. Artıq Ermənistanın baş naziri Karen Karapetyan məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir. Kəlbəcərə gedir və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir. Bundan bir neçə gün keçir, bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir. Mən hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün belə bir addımın atılmasına ehtiyac var».