
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
U-21-in uğursuzluğunun «günah keçisi» tapılıb: Yaşar Vahabzadə!
AFFA-nın rəsmi saytı bildirir ki, baş məşqçi qurumun baş katibi Elxan Məmmədova hesabat verib və qərara alınıb ki, müqaviləyə xitam verilsin və guya Vahabzadə öz istəyi ilə ayrılıb. Hələ guya bu haqda açıqlama da verib, məmnun halda deyib ki, səhv məndədir və s.
Bunlar doğru ola bilməz.
Ən əvvəl ona görə ki, Vahabzadənin istefa verməyi gözlənilmirdi. Prosesdə aşkar anormallıq var. Baş məşqçi niyə baş katibə hesabat verməlidir?
Bunun üçün Məşqçilər Komitəsi var. Raport onlara verilməliydi, baş katib kimdir ki, baş məşqçidən hesabat istəsin? Bu, harada görülüb?
Baş katibə hesabat təqdim olunacaqdısa belə, bunu iki qurum istiqamətləndirməliydi:
1. Məşqçilər Komitəsi
2. İcraiyyə Komitəsi
Heç bir komitənin məsələdə rolu olmayıb. Elxan Məmmədovun Vahabzadəni millidən qovması faktı kimi dəyərləndirilməlidir bu.
Rövnəq Abdullayev bu məsələlərə diqqət eləməlidir. Bu cür hallar çoxdur. Baş katib medianın qabartdığı problemlərdə adətən, cavab olaraq, «İcraiyyə Komitəsi münasibət bildirməlidir/qərar verməlidir» deyir. Bəs bu dəfə niyə heç birinin qərarı və ya rəyi yoxdur?
Vahabzadənin birbaşa hesabat təqdim eləməsi və postundan ayrılması qayda pozuntusudur.
Aşağı yaş qrupları sahə olaraq monopoliyaya alınıb və burdakı proseslərdən kifayət qədər mənimsəmələr var.
Abdullayev bu məsələnin araşdırılması üçün komissiya ayırmalıdır. Ayırmayacaqsa, UEFA və FIFA-ya bütün yeyintilərinə dair şübhələrdən bəhs edən məktub yollamalı olacağıq. Çünki uşaq futbolunun inkişafı və digər layihələri maliyyələşdirən bu qurumlar analoji proseslərdə şəffaflığa həssas yanaşırlar.
Bu cür hallar dəfələrlə təkrarlanır və hörmətli Abdullayev, siz qurum rəhbəri kimi heç vaxt müdaxilə eləmirsiniz. Bu isə haqlı şübhələrə yol açır. Görəsən, baş katibin səlahiyyət pozuntularından xəbəriniz yoxdur, yoxsa bilərəkdən göz yumursuz...
Bundan başqa, Məmmədovun «İcraiyyə Komitəsi» bəhanəsinə aid onlarla dəlil var ki, bu məsələlər də araşdırılmalıdır. Məsuliyyət isə AFFA-nın prezidenti olaraq, hörmətli Rövnəq Abdullayev, sizin üzərinizdə qalacaq.