Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:55 | 12 sentyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 1801 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Gürcüstan Respublikasının eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin geri dönüşü Lvov şəhərinin küçələrində əməlli-başlı canlanma yaradıb. Saakaşvilinin xaricdən Ukraynaya qayıdışı əhali arasında geniş əks-səda doğurub.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a açıqlamasında Saakaşvilinin qayıdışını belə şərh edib: «Saakaşvili Ukraynaya gələndə onu qarşılayanlar arasında mən də var idim. Hazırda ən vacib məqam Saakaşvilinin Ukraynaya necə gəlməsi və qarşılanması ilə bağlıdır. Təşkilat rəhbəri olaraq mən də Sakaşvilinin tərəfdarıyam.
Qeyd etməliyəm ki, ölkə prezidenti Pyotr Poroşenkonun partiyasından olan millət vəkilləri də Saakaşvilinin qarşılanma törəninə qatılmışdılar. Hazırda Saakaşvili Ukrayna müxalifətinin liderinə çevrilib. Hətta onun seçkilərdə qalib gəlmək şansı da yüksək qiymətləndirilir. Çünki Mixail Saakaşvilinin dünyada nüfuzu çox yüksəkdir».
Diaspor sədrinin sözlərinə görə, Saakaşvilinin Ukraynada nüfuz qazanması erməni lobbiçiliyinin axırına çıxacaq.
«Əsas odur ki, Saakaşvili hazırda Ukrayna hökumətinin yaratmış olduğu süni maneələri aradan qaldırmaqla məşğuldur. Onun ən ciddi rəqiblərindən biri Ukraynanın indiki daxili işlər naziri Arsen Avakovdur. Avakov Ukraynada azərbaycanlılara qarşı çox aqressiv mövqedə olan nazirlərdəndir. Bilirsiniz ki, Arsen Avakov milliyətcə ermənidir.
Bu baxımdan Saakaşvilinin Ukraynaya gəlməsi erməni lobbiçiliyinin və özbaşınalığının axırına çıxacaq. Avakovun komandası Saakaşviliyə güzəştə getmək istəmədi. Onu da deyim ki, Saakavili Azərbaycanın yaxın müttəfiqidir».