Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
16:55 | 5 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 4192 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Sentyabrın sonlarında Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Polşa xarici işlər nazirinin təhlükəsizlik və şərq siyasəti işləri üzrə müavini Bartoş Çixotski ilə görüşüb. Erməni KİV-lərinin xəbər verdiyi kimi görüşdə Ermənistanla Polşa arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Çixotski jurnalistlərə bildirib ki, Polşa Ermənistana hərbi sahədə «nou-hau» təklif edib və onlar bu texnologiya əsasında Ermənistanda birgə istehsalı təşkil etməyə hazırdır.
Bu, Ermənistanın hərbi təchizat məsələsində Azərbaycanla ayaqlaşmağa çalışaraq şaxələndirmə siyasəti yürütməyə yönəlmiş cəhdlərindən biridir. Və Polşa üzv olduğu Avropa İttifaqının Qarabağ münaqişəsinin tərəflərinə silah satmamaq barədə qətnaməsinə baxmayaraq Ermənistana hansısa «nou-hau» ötürməyə hazır olduğunu ifadə edir. Bəs əslində Ermənistanın Polşa ilə hərbi-texniki əməkdaşlıq imkanları varmı? İşğalçı ölkə Polşadan Rusiyanın verdiyi silahlardan fərqli nə əldə edə bilər?
Hərbi ekspert Taron Ovanisyan «Sputnik» agentliyinə deyib ki, əslində Ermənistanla Polşa hərbi təyinatlı məhsullar istehsal edən birgə müəssisə yaradıblar. Bu, bir sıra məhsullar, o cümlədən zirehli jiletlər istehsal edən «Lyubava-Ermənistan» birgə müəssisəsidir.
Ovaninsyan hesab edir ki, Ermənistan Polşa ilə əməkdaşlığı inkişaf etdirsə bəzi silahlar ala bilər. Çünki Polşanın hərbi sənayesi xeyli inkişaf edib. «İrəvandakı sərgidə onlar pilotsuz aparatlar nümayiş etdirdilər, özü də kifayət qədər yaxşı idi-həmin «kamikadze-dron»lar, videomüşahidə vasitələri. Yəni onların bizə sata biləcəkləri, yaxud birgə istehsal edəcəkləri nələrsə var», - o deyib.
Virtualaz.org qeyd edir ki, «kamikadze-dron»ların istehsalı üzrə dünya liderliyi İsraildə olsa da Polşa da bu sahədə müəyyən nəticələr əldə edib. Bu ölkə hədəfin üzərində «asılı» qala bilən «Warmate» zərbə dronlarını istehsal edir. Bunlar İsrailin istehsal etdiyi və Azərbaycan ordusunun silahlanmasında olan müxtəlif tipli «kamikadze-dron»larla imkanlar baxımından müqayisə olunmazdır. Söhbət 0.7 kiloqram ağırlığında partlayıcı daşıya bilən və cəmi 10 km məsafəyə uçub maksimum 40 dəqiqə havada qala bilən dronlardır. Həmin dronların real döyüş tətbiqi haqda məlumatlar yoxdur və hesab edilir ki, onları asanlıqla sıradan çıxarmaq olar. Ermənistan ola bilsin ki, bu dronları almağa maraq göstərir.
Rusiyanın «Silah ixracı» jurnalının naşiri, strategiyalar və texnologiyalar Mərkəzinin direktoru Ruslan Puxov isə deyir ki, Polşa hərbi sənayesinin vəzi maraqlı araşdırmaları var, amma prinsipcə polşalıların əlində nəsə orijinal silah növü yoxdur. Hamısı sovet dövründən qalan texnologiyalardır.
«Məsələn, vaxtilə SSRİ Polşaya «İqla» daşınan zenit-raket kompleksinin istehsalı üçün lisenziya verib və onlar indi də bunu istehsal edirlər. Polşalılar nəsə tank hazırlamağa çalışdılar, amma sonra Almaniyadan «Leopard»ları aldılar, öz HHM sistemlərini yaratmaq istədilər, alınmadı, Amerikdan aldılar», - Puxov deyir.
Rusiyalı ekspert deyir ki, əgər Polşa Ermənistana hansısa texnologiyalar versə çox güclü təzyiqlərə məruz qalacaq. Çünki Polşanın indiki rəhbərliyinin Avropa İttifaqı ilə münasibətləri yaxşı deyil. Digər tərəfdən Puxov qeyd edib ki, Ermənistanın silahlar almağa kifayət qədər vəsaiti yoxdur və bu baxımdan Polşa ilə əməkdaşlıq meylləri suallar yaradır. «Biri var hansısa birgə müəssisə yaradıb maskalanma torları, zirehli gödəkcələr və bu kimi yardımçı vasitələr istehsal edəsən, biri də var hansısa bahalı sistemlər alasan. Bunun üçün yaxşıca pul lazımdır», - Puxov bildirib.
Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirməni çoxdan həyata keçirib və bunun sonuncu nümunəsi Çexiyada istehsal olunan «Dana» qaubitsalarının və «RM-70» reaktiv-yaylım atəşi sistemlərinin böyük partiyasının alınmasıdır. Habelə ötən gün İtaliyanın «Leonado» hərbi-sənaye holdinqinin rəhbəri Bakıya səfərə gəlib və Azərbaycanın güc-təhlükəsizlik strukturları ilə danışıqlara başlayıb. Bu holdinq geniş çeşiddə ən müasir silah sistemləri istehsal edir.