
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Azərbaycan Fransaya etiraz notası verdi
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
Hindistan səfiri XİN-ə çağırılıb
Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla Xəzər İbrahimin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xəzər İbrahim bundan öncə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.
Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Əliyev Modern.az-a açıqlamasında yeni səfirin təyinatını yüksək qiymətləndirib.
«Xəzər İbrahim gənc və enerjili kadrdır. Onu yeni səfir postuna cənab prezident təyin edibsə, deməli, layiqli insandır. Yadımdadır ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətində çalışarkən özünü ən yaxşı cəhətdən göstərə bilib. Əminəm ki, Türkiyədə uğurlu fəaliyyət göstərəcək. Diplomatik işləri həyata keçirmək üçün onun potensialı yüksəkdir. Xəzər İbrahimi hamımız enerjili diplomat kimi tanıyırıq. Qardaş Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində böyük rolu olacaq».
Keçmiş diplomat son vaxtlar gənc kadrlara üstünlük verilməsinin doğru seçim olduğunu bildirib.
«Diplomat gənc olmalıdır. Ona görə də gənc diplomatların sayının çox olmasını alqışlayıram. Gənclərin irəli çəkilməsi çox önəmlidir. Bəzi xarici ölkələrdə 60 yaşlı səfirləri başqa sahəyə keçirirlər. Gənclərin ən enerjili vaxtlarını diplomatik işlərə sərf edirlər. Bir professor, keçmiş diplomat olaraq perspektivli gəncləri dəstəkləyirəm. Xəzər İbrahim də həmin gənclərdəndir».
Qeyd edək ki, Xəzər İbrahimdən öncə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov idi. O, bu il sentyabrın 12-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən geri çağırılıb.
Sosial şəbəkələrdəki müzakirələrdən, Türkiyədə yaşayan azərbaycanlıların açıqlamalarından belə məlum olur ki, keçmiş səfirin fəaliyyətinə birmənalı münasibət olmayıb. Müzakirələrdə F.Bağırovun işini tənqid edənlər daha çox görünür... Narazılıq edənlər arasında azərbaycanlı tələbələr də çoxdur.