
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Rusiyanın dövlət neft şirkəti «Rosneft»in prezidenti, Kremlin boz kardinalı İqor Seçin jurnalistlərin sualına cavab olaraq deyib ki, onun heç vaxt «Lukoil» şirkətini almaq niyyəti olmayıb. «Biz lap əvvəldən «Lukoil»un əldə olunmasına maraq göstərməmişik». - Seçin bu günlərdə Veronedə keçirilən Avrasiya iqtisadi forumu zamanı bildirib.
Virtualaz.org xatırladır ki, İqor Seçinlə «Lukoil» şirkətinin azərbaycanlı prezidenti, milyarder Vahid Ələkbərov arasında münasibətlər yaxşı deyil. Dəfələrlə Rusiya mətbuatında belə xəbərlər yayılıb ki, Seçin Ələkbərovun biznesinə göz dikib və «Lukoul»u əldə etməyə çalışır.
Lakin «Rosneft» prezidenti, Rusiyanın az qala ikinci ən qüdrətli adamı sayılan Seçin deyib ki, belə şaiyələri qəsdən yayırlar və məqsəd «Lukoil»un kapitallaşmasını yüksəltməkdir. «Müəyyən ajiotaj yaradılır ki, «Lukoil»un səhmlərinin dəyəri qalxsın», - o deyib.
Seçin «Rosneft»in «Lukoil»u almaq planları haqda şaiyələri şərh edərkən habelə məşhur sovet filmi «Qafqaz əsiri»indən də misal gətirib. «Sovet filmi «Qafqaz əsiri» yadınızdadır? Şuriki milis bölməsində dindirirlər, sonra o «çasovninin» dağıntıları haqda deyir: »Bağışlayın, «çasovni»ni də (qədimdə xristianların dua etməsi üçün tikilən, qurbangahı olmayan kiçik kilsə) mən dağıtmışam?»
Vahid Ələkbərovun «Rosneft»in «Lukoil»un səhmlərini almaq imkanının olmaması haqda dediklərinə gəldikdə isə Seçin bunun «oyunda iştirak etmək təklifi» kimi göründüyünü deyib.
Bundan əvvəl Vahid Ələkbərov «The Financial Times»ə müsahibəsində bildirmişdi ki, «Rosneft» onun şirkətini almaq üçün birtərəfli cəhdlər göstərməyəcək, çünki bunun üçün müvafiq mexanizm işlənib hazırlanıb. «Əgər biz özümüz satılmırıqsa almağın başqa mexanizmi yoxdur», - o deyib.
Seçinin sözlərinə görə bazarda həmişə bu cür şaiyələr yayılanda nəyə görəsə «Rosneft»in adını hallandırırlar. «Allah özün saxla, sən bizi bu işə qoşma»-Seçin ironiya ilə əlavə edib.