
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
Prezident və birinci xanım hava limanında baş çəkdi
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya mənzil hədiyyə olunub. VAXT.AZ xəbər verir ki, xalq artisti Könül Xasıyeva «Trend»ə açıqlamasında böyük sevinc hissi keçirdiyini və Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:
«Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov zəng vurdu. O, Mehriban xanımın mənə üçotaqlı mənzil hədiyyə etməsi barədə xəbəri çatdırdı».
K.Xasıyeva qeyd edib ki, ona verilən mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.
Xalq artisti deyib ki, mənzil 110 kvadratmetr olmaqla üç otaqdan ibarətdir: «Mənzil tam təmirlidir, bütün mebel və məişət əşyaları ilə təchiz olunub. Mənim üçün ən xoş o oldu ki, mənzil ulu öndərin adını daşıyan prospektdə, ulu öndərimizin adını daşıyan mərkəzin lap yaxınlığında yerləşir. İndi bircə arzum qalıb. Bu mənzildə bəzənim, gedəm Heydər Əliyev Sarayında konsert verəm».
«İlk növbədə, bizim çox hörmətli dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz ailəmiz adından, muğamsevər xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Bunu təkcə mənə yox, Azərbaycan milli musiqisinə verilən dəyər kimi qiymətləndirirəm. Çox hörmətli Mehriban xanım həmişə sənət insanlarına qayğı göstərir. Hər zaman bunun şahidi olmuşuq. Bu gün də eyni sevinci mən yaşadım».