
“Sabah”a ümid var
Oynamaq da, qalib gəlmək də olar
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Robert Prosineçki ilə yollar ayrıldı. AFFA milli komandamızın onun rəhbərliyi altında daha bir tsikl mübarizə aparmasına razı olmadı.
Əslində, Prosineçkinin gedişi hələ yayda bəlli idi. Xorvat məşqçi bir sıra komandaların onunla maraqlabdığını iddia edərək ya məvacibinin artırılmasına, ya da erkən buraxılmasına cəhd edirdi. AFFA isə bu oyuna getmədi və onu anlaşmasının sonunacan postunda saxladı. Son günlər yenə xorvatın müştərilərinin olması ilə bağlı xəbərlər yayıldı. Lakin reklam xarakterli bu şaiyələr Robertlə yeni müqaviləyə təhrikçi olmadı.
AFFA Prosineçkiylə yeni anlaşma imzalasaydı, bu, çox gülünc olardı. Çünki xorvat son açıqlamalarında Azərbaycan millisinin böyük turnirlərdə iştirak üçün perspektivi olmadığını bildirmişdi. Bizimkilər isə hədəf kimi AVRO-2020-nin final mərhələsini seçib. Bu potensialı millimizdə görməyən birinin qalması mümkünsüz idi.
Son günlər Prosineçkinin açıqlamalarında yumşalmalar hiss olunurdu və sanki anlamışdı ki, diktəedici tona danışıq özünə zərərlidir. Yaxşı ki, AFFA rəhbərliyi buna aldanmadı.
Lakin indi əsas məsələ yeni baş məşqçinin seçimi ilə bağlıdır. Namizədlərin siyahısı müəyyənləşməmiş AFFA strategiyanı müəyyənləşdirməlidi, bizə necə məşqçi lazım olduğu dəqiqləşməlidi. Əcnəbi, yoxsa yerli - əsas sual budur.
Təbii ki, əcnəbi seçilərkən indiyə qədərki səhvlər buraxılmamalı, millimizin potensialını aça biləcək, düzgün sistem müəyyənləşdirəcək, futbolumuzu tanıyan biri dəvət olunmalıdır. Amma zənnimizcə, milyonları havaya sovurmaqdansa, yerli mütəxəssislərdən biri ilə - Qurban Qurbanov və ya milliyə iş təcrübəsi olan Nazim Süleymanov, Şahin Diniyev, Mahmud Qurbanov və b. – yola davam etmək daha yaxşı olar. Əcnəbiyə xərclənəcək maliyyə isə uşaq futbolunun inkişafına, bu sahədə klublarda işin canlandırılmasına sərf edilə bilər.