
Köhnə idarəetmədə yeni çalar
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Klublarımızı “təcrübə dovşanı”na çevirməyək
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Ələkbərov «Apasport»a müsahibə verib. VAXT.AZ sizi həmin müsahibə ilə tanış edir:
- AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Almaniya, 14-də isə Kosovonu qəbul edəcəksiniz. Oyunlara hazırlıq necə gedir?
- Mərdəkandakı bazada eyni qaydada hazırlaşırıq. Ramil Şeydayevdən başqa hamı düşərgədədir. Təbii ki, Almaniya ilə ötən ay keçirilən səfər matçı ilə müqayisədə start heyətində müəyyən dəyişikliklər olacaq. Ancaq sistem eyni qalacaq. Çünki biz bu sistemi oturtmağa çalışırıq. Ümumiyyətlə, çağırılan oyunçuların çoxu bundan əvvəl də U-21-in formasını geyiniblər. «Səbail»in yarımmüdafiəçisi Murtuz Abakarovu ilk dəfə yığmaya çağırdıq, həmçinin Fərid Nəbiyevə də dəvət göndərdik.
- Heyətlə bağlı hansı problemlər sizi narahat edir?
- Bu futbolçuları sistemə oturtmağa cəhd edirik. Vaxtımız da çox azdı. Dünən əvəzedici heyətlərin oyunları oldu. Bu səbəbdən futbolçular düşərgəyə gec qoşuldular. Bu gün və sabah da cəmi bir məşqimiz olacaq. Bizə problem yaradan bu amil oldu.
- Almaniyaya ötən aydakı böyük hesablı məğlubiyyətdən (1:6) sonra komandanı psixoloji cəhətdən toparlamaq çətin olmadı?
- Həmin oyundan sonra ayrılmışdıq. İndi yenidən bir araya gəlmişik. Bununla bağlı uşaqların hamısı ilə təkbətək söhbətlər edirik. Çalışırıq ki, həmin məğlubiyyəti yaddan çıxarsınlar, ayılsınlar və qarşıdakı görüşü fikirləşsinlər.
- Qrupda 2-ci pillədə qərarlaşan almanlar bura mütləq 3 xal dalınca gəlirlər. Rəqibdə hansısa çatışmazlıq aşkar edə bilmisinizmi və ya nəyə ümid edirsiniz?
- Onların heç bir mövqeyində çatışmazlıq yoxdur. Bizdən əvvəl Norveçə məğlub olduqları üçün Bakıya qəzəbli gəlirlər. Baş məşqçiləri də oyuna ciddi hazırlaşdıqlarını bildirib. Bizimlə matçdan sonra İsrailə gedəcəklər.
- Almaniya yığmasının baş məşqçisi Ştefan Kunts İsraillə oyunda işlərinin daha çətin olacağını düşünür. Buna görə onları peşman etmək istəmirsiniz?
- O, ümumiyyətlə, İsrailin qrupda ən güclü komanda olduğunu deyib. Mən də bu fikirlə tam razıyam. İsrailə qarşı oynamışıq və onların, həqiqətən də, yaxşı komanda olduqlarını görmüşük. Bununla belə, hər komandaya qarşı oynamaq mümkündü, qorxulu heç nə yoxdur.
- Ramil Şeydayevin heyətdən çıxarılması planlarınıza nə dərəcədə təsir etdi?
- Təbii ki, Ramil bizə lazım idi. «Qarabağ»ın «Kəpəz»lə Gəncədəki matçında yüngül zədə aldı. Həkimlərlə əlaqə saxlayırıq. Ola bilsin ki, ayın 14-də Kosovo ilə görüşdə iştirak etsin. Hazırda klubunda müalicə olunur. Kosovo ilə görüşə qədər tam sağalsa, gəlib oynayacaq.
- Renat Dadaşov U-21-dən imtina etmişdi. Onu fikrindən necə daşındırdınız?
- Noyabrın 6-da klubunun oyunu var idi. Həmin qarşılaşmada iştirak etmək istəyirdi. Oyundan sonra əlaqə saxladıq, o da canla-başla qəbul edib, bu gün səhər düşərgəyə qoşuldu. Özü ilə görüşüb söhbət etdim. Bildirdim ki, əsas komandadan gəlibsə, bizə kömək etməlidir.