
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində evdə Almaniya yığmasına böyük hesabla uduzan (0:7) millimizin baş məşqçisi Samir Ələkbərov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ələkbərov öncə oyunla bağlı fikirlərini bildirib:
- Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdur. Bu səhvlər üzərində çalışacağıq.
- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmir ki, komandada motivasiya çatmırdı?
- Məncə, istək var idi. Komanda oyuna hazırlaşmışdı. İlk oyunda 1:6 uduzmuşduq. İlk dəqiqədə qol buraxmağımız oyunumuza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi olanda bu millinin potensialına bələd idiz. Düşünmürsüz ki, baş məşqçi keçməyiniz səhv addım idi. Peşman deyilsiz ki?
- Kimsə bu yükün altında girməli idi. Təəssüflənmirəm.
- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, millimizin üzvləri Almaniya ilə matçda üçdən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...
- Uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.
- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...
- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.
- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısız?
- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o mənə, mən də ona uğurlar arzuladıq.
- Kosovo ilə oyunda ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilməsə belə, artıq olmalıdır. Paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosovo ilə matçda çox güman dəyişikliklər olacaq.
- Renat dəqiq zədələnib, bəlkə özü oynamaq istəmir?
- Bəli, əzələsini dartıb. (Komanda.az)