
“İlham Əliyev – regionun lideridir...”
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Pezeşkianın terrorçuları cəzalandırmağa gücü çatacaqmı?
Prezident Ağ Evdə Bakıya qarşı qurulan planı ifşa etdi
Pezeşkianın Azərbaycana səfərinin tarixi açıqlandı
Prezident İlham Əliyev Bakıdan Gürcüstana dəstəyini elan etdi
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
«Bir şəklin tarixçəsi» rubrikasında növbəti fotonu təqdim edirik.
Fotoşəkil 1982-ci il iyul ayının 29-da Şuşada çəkilib. Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb. Həmin tarixi anlarda hazırkı dövlət başçımız İlham Əliyev Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.
Xatırladaq ki, erməni millətçilərinin 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində törətdikləri məlum cinayətlər zamanı, o dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyevin qətiyyəti nəticəsində cinayətkar erməni qrup ifşa olunaraq layiqli cəzalarını alıblar. Bu hadisədən sonra, artıq respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev vilayətə və onun mərkəzi olan Xankəndi şəhərinə xüsusi diqqət ayırıb.
Təsadüfi deyil ki, 1973-cü ildə vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda - bayram tədbirində Heydər Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirib:
«Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...»
Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməyiblər. Heydər Əliyevin təşəbbüsü ilə bir çox tədbirlərin vilayətdə keçirilməsi, xüsusilə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin məhz Qarabağda təşkil olunması, müxtəlif konfrans və festivalların bu məkana salınması ermənilər üçün arzuolunmaz hal idi.
«Bir şəklin tarixçəsi» rubrikasında təqdim etdiyimiz fotoşəkil də buna əyani sübutdur.
Bu şəklin yeniləşəcəyi günə, Şuşanın çal-çağırlı çağlarına yenidən qovuşacağımız vaxta çox qalmayıb. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun gündən-günə artan qüdrəti bunu deməyə tam əsas verir... (modern.az)