
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiya Federasiya Şurasında Samara vilayətini təmsil edən sirli biznesmen və gənc siyasətçi Sergey Məmmədov arvadı, məşhur tennisçi Anastasiya Mıskina ilə rəsmən ayrılıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, senator Məmmədovun 3 oğlunun anası ilə ayrıldığı barədə şayiələr bir müddət əvvəldən dolaşırdı. İndi bu söz-söhbətlər təsdiqlənib və məlum olub ki, ayrılığa səbəb Məmmədovun biznesvumen, elit gözəllik salonu şəbəkəsinin sahibi Syuzanna Karpova ilə münasibətləridir.
Bəs sirli biznesmen və siyasətdə sürətlə irəliləyən Məmmədov kimdir? Rusiya mənbələrinə əsasən o, görkəmli sovet xadimi, SSRİ Dövlət Teleradio Komitəsinin sədr müavini olmuş azərbaycanlı Ənvər Məmmədovun nəvəsidir. Ənvər Nazim oğlu Məmmədov 1923-cü ildə Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra 1941-ci ildə hərbi təyyarəçilər kursuna yazılıb. Lakin orada zədə aldığından Bakıya qayıdıb və hərbi kəşfiyyatın tərcüməçi kursunda oxuyub. Müharibədə iştirak edib. 1943-cü ildə tərxis olunub və SSRİ xarici işlər Xalq komissarlığına işləməyə göndərilib. 1944-1945-ci illərdə SSRİ-nin İtaliyadakı səfirliyinin press-attaşesi olub. Nürenberq prosesində tərcüməçi kimi iştirak edib.
Daha sonra SSRİ XİN-də müxtəlif vəzifələrdə işləyib, 1953-cü ildə Moskva Xarici Dillər Universitetini bitirib. 1956-1959-cu illərdə SSSRİ-nin Vaşinqtondakı səfirliyinin müşaviri olub, paralel olaraq «USSR» jurnalının baş redaktoru işləyib. 1969-1960-cı illərdə «Sovinformbüro»nun direktorunun müavini olub. 1962-1985-ci illərdə SSRİ Dövlət Teleradio Komitəsinin sədrinin müavini işləyib. Hazırd RİA Novosti agentliyinin baş redaktorunun müşaviridir.
Ənvər Məmmədovun oğlu Georgi Məmmədov da peşəkar diplomatdır. Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsini daşıyır. SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir, üçüncü katib vəzifələrində işləyib. Daha sonra SSRİ XİN-də ABŞ və Kanada İdarəsinin rəisinin birinci müavini , 1991-ci ildə bu idarənin rəisi olub. Məmmədovun diplomat kimi sonuncu iş yeri Rusiyanın Kanadadakı səfiri (2003-2014-cü illər) vəzifəsidir. Biznesmen və Federasiya Şurasının üzvü Sergey Məmmədov Georgi Məmmədovun oğludur.
Sergey Məmmədov 1972-ci ildə Moskvada anadan olub. 90-cı illərin ortalarından etibarən biznes fəaliyyətinə başlayıb, «Volqaburmaş» (Volqa Qazma Maşınları) şirkətinin sahibi, Samaradakı «BTM-Group» şirkətinin direktorlar şurasının sədri olub. 2010-cu ildə səhmlərini sataraq siyasətə girib, Samara vilayətində yerli icmanın deputatı seçilib. 2011-ci ildən bu yana Federasiya Şurasında Samara vilayətini təmsil edir.