Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:37 | 18 aprel 2018 | Çərşənbə
Məqaləyə 1667 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanda paytaxtında Serj Sərkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın “Ekspress qazeta” (EG.ru) nəşri İrəvandakı mənbələrinə istinadən yayıb.
Məlumatda deyilir ki, dünəndən başlayaraq İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, bu gündən Ermənistanda vətəndaş müharibəsi başlayacaq.
Xəbər verildiyi kimi Nikol Paşinyan ötən gün Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq.
Hələlik İrəvanda etirazlar dinc məcrada davam edir və polis aksiyaçılara qarşı total güc tətbiqindən çəkinir. Baş verənlər isə Rusiyanın ekspert-siyasi dairələrində, KİV-lərində çox ciddi narahatlıqla izlənməkdədir. Çünki Sərkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meylli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir. Nəticədə Ermənistanda “rəngli inqilab” etmək istəyənlərə Rusiyadan mesajlar verilir ki, bir qədər də irəli getsələr, yəni hakimiyyətin üzərinə qəti hücuma keçsələr Azərbaycan bundan dərhal istifadə edəcək.
Məsələn, “Vzqlyad” qəzetində Andrey Babitski yazır: “Heç bir şübhə yeri yoxdur ki, Ermənistandakı siyasi böhran dərhal qonşu Azərbaycan üçün Dağlıq Qarabağı öz nəzarəti altına qaytarmağa yönəlmiş yeni cəhdlər üçün siqnal olacaq”.
Müəllif bildirir ki, Ermənisanda iki millətçi qanad var. Bunlardan radikal millətçilər Rusiya ilə münasibətlərin kəsilməsinə çağırır, hesab edirlər ki, Rusiya Qarabağ məsələsində boşboğazlıqla məşğuldur. Azərbaycana kifayət qədər təsir etmir, əksinə silah satır.
“İkinci qrup millətçilər isə Gürcüstandan, Ukraynadan və digər postsovet respublikalarından bizə yaxşı tanışdır. Onlar Avropaya inteqrasiya tərəfdarıdır və əmindirlər ki, Avropaya, Amerikaya yaxınlaşmaqla acınaqcaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlar Habelə indiki rejimin avtoritar kapsulunu sındıracaqlar. İfrat millətçilərlə bu avrointeqrasiya tərəfdarlarını antirusiya əhval-ruhiyyəsi birləşdirir. Bu qüvvələr hesab edirlər ki, Rusiyadan aralanan kimi Ermənistan çiçəklənən və siyasi baxımdan qabaqcıl ölkə olacaq. İndiki situasiya Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ərəfəsinə çox oxşayır”.
Müəllif onu da yazır ki, ola bilsin Rusiyaya qarşı dəhşətli və qarşısıalınmaz düşmənçilik bu qüvvələri Dağlıq Qarabağın itirilməsinə dözməyə də kömək edəcək...