
Sandu sandıqdan qalib çıxdı
Putinin Moldova ümidləri puç oldu
Putinin Moldova ümidləri puç oldu
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır. Virtualaz.org xəbər verir ki, korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri “geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. O, qeyd edib ki, “İsgəndər” raketləri bundan əvvəl heç vaxt ixrac edilməyib, amma onların ixracına sərt embarqo da heç vaxt qoyulmayıb.
Xatırladaq ki, Rusiya “İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-E” variantını (250 km. mənzilli) Ermənistana verib. “İsgəndər-M” isə bu raketlərin ixrac variantıdır, 300 kilometr və daha çox mənzilə malikdir.
Rusiya Ermənistana “İsgəndər” raketləri verdikdən sonra Azərbaycan həm raketdən və havadan müdafiə sistemlərini təkmilləşdirmək üçün bir sıra müasir silah sistemləri əldə edib. Həm taktiki-texniki göstəriciləri “İsgəndər”lərə yaxın olan raketlərin əldə edilməsi üçün tərəfdaş ölkələrlə işləyib. Bu günlərdə məlum olub ki, Belarus göstəricilərinə görə “İsgəndər” raketləri ilə müqayisə olunan “Polonez” raket komplekslərinin ilk ixrac partiyasını (cəmi 10 kompleks, hərəsində 8 raket daşıyan konteyner olmaqla) 2018-ci il ərzində Azərbaycana çatdırmağa hazırlaşır. Bu raketlərin mənzili 300 kilometrdir.
Habelə Azərbaycanın Rusiyadan “İsgəndər” raketlərini də almağa maraq göstərdiyi istisna deyildi. İndi “Rostex” bu raketləri açıq bazara çıxarırsa, onların Azərbaycana satılması üçün maneə də qalmır.
Xatırladaq ki, aprelin əvvəllərində Ermənistan mətbuatı Rusiyanın bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa və həmin kredit çərçivəsində “çoxlu sayda “İsgəndər” raketləri” verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. İddia edilirdi ki, raketlər Azərbaycanla sərhəddə yerləşdiriləcək.