Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
18:02 | 1 may 2018 | Çərşənbə axşamı
Məqaləyə 1720 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.
“Yüksək vəzifəli şəxslərin əmlakının rəsmən elan edilməsi sistemi elə dəyişdiriləcək ki, insanlar məmurların nə qədər sərvətə malik olduğunu bilsinlər. Zəmanət verirəm ki, sabahdan Ermənistanda inhisarçılıq olmayacaq və heç kimə idxal üçün qadağa qoyulmayacaq. Biz yeni qanunları qəbul etməyəcəyik, sadəcə qanunsuz qadağaları aradan götürəcəyik”, - Paşinyan deyib.
Onun sözlərinə görə, bütün bunlar Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.
“Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”, - o bildirib.
Paşinyan parlament tribunasından elan edib ki, onun baş nazirliyi dövründə hamı qanun qarşısında bərabər olacaq.