Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:53 | 3 may 2018 | Cümə axşamı
Məqaləyə 1678 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
İndiyədək cəmi bir inqilabın canlı şahidi olsaq da, media vasitəsilə dünyanın digər bölgələrindəki çoxsaylı qanlı və qansız, məxməri, rəngli və rəngsiz inqilabları da izləmək imkanımız olub.
Onlar hamısı bir-birinə bənzədikləri qədər də fərqli və rəngarəng olublar: hər yerin məxsusi özəllikləri istər-istəməz inqilabi proseslərdə özünü göstəribdir.
Amma bütün inqilabların bir ümumi cəhəti var: onlar “səmimiyyət” üstündə qurulurlar. Düzdür, “səmimilik” də bəzən o qədər bayağı olur ki, adam hətta bundan iyrənir də. Fəqət, bütün inqilablar, xüsusən də bunların özləri qədər də mürəkkəb liderləri həmişə “səmimiyyət teatrı” deyilən müstəvidə qərar tuturlar.
Bu adamların - “xalq liderləri”nin ən gözəl bədii ifadəsini hamıdan yaxşı Q. Q.Markes özünün “Yüz il tənhalıqda” romanında tapıbdır. Bir daha deyirik ki, onlar bir çox hallarda bayağı dərəcədə “səmimi”, hətta çəkindirici dərəcədə “sadə” olur, ömürlərinin axırına qədər “xalq adamı” rolunu oynayırlar.
Xarici banklarda yüz milyardlarla dollar pulu olduğu halda “çadır”da (bəlkə də həmin çadırın hətta sapları da qızıl suyuna çəkilmişdi!) yaşayan M.Qəzzafi kimilər bir yana, hətta M.Qandi olduqca sadə, ürfani və ruhani həyat keçirirdi. Amma bununla bağlı bir amerikalı tədqiqatçı yazırdı ki, Qandinin ürfani həyatı Hindistan Milli Konqresinə baha başa gəlirdi...
Bunları niyə deyirik? Sadəcə, yada salmaq istəyirik ki, bütün inqilablar həm də “süni səmimiyyət teatrı” olur, onun liderləri adətən heç nə “ummur”, tamam “təmənnasız” olur. Kütlə özü onlara minnətçi düşür ki, sən Tanrın, gəl, bizə başçılıq et, başçımız ol...
Onlar da axırda bu cür xahiş-minnətin, yalvarışın qarşısında tab gətirməyib xalqa rəhbər olmağa, özü də bu cür ağır yükü bir il, beş il deyil, on illərlə, ta ömürlərinin axırınadək çəkməyə razılıq verirlər, hətta elələri olur ki, nəsillikcə bu yükün altına girirlər. Neyləsinlər? Axı xalq özü belə istəyir, bunu xahiş edir...
Ermənistanda da inqilab oldu. Bəlkə də ilk inqilabları idi. Amma ilk inqilabları da özləri kimi həyasız oldu - hər halda, Nikol Paşinyan qədər həyasız inqilab liderinə rast gəlməmişdim.
Aydın məsələdir ki, uğurlu inqilablar onu edənləri - inqilab liderlərini gec-tez hakimiyyətə gətirir. Amma bütün inqilab liderləri özlərini elə aparırlar ki, sanki belə niyyətləri, arzu və istəkləri yoxdur, onlar heç nə ummurlar, arzuları yalnız “xalqı xilas etmək” və Yer üzündə daha bir “cənnət” yaratmaqdır.
Bir daha deyirik ki, bu adamlar guya ki, xalqın “tələb və istəyi” qarşısında duruş gətirmir, yalnız buna görə hansısa posta seçilir və ya təyin olunurlar.
Paşinyan özünü belə aparmadı. Əvvəldən dedi ki, ya mən baş nazir seçiləcəm, ya da heç kim bu posta seçilməyəcəkdir. Digər inqilabların, sovet və qeyri-sovet məkanındakı böyük ictimai etirazların nümunəsində biz bunu görməmişdik. Bu, bizi çox düşündürdü, axırda qərara gəldik ki, erməni inqilabı belə də olmalıdı - ermənilərin özü kimi həyasız...
Düzdür, qalan hər şey əsl inqilab -"xalq teatrı" üslubunda tərtib olunmuşdu: sadə, hətta bir az da səliqəsiz geyimi və görkəmilə diqqət çəkən, çiynindəki çantasını da bir an yerə qoymayan, ölkəni qarış-qarış gəzib insanları etiraza çağıran sadə deputat və jurnalist...
Bəli, hər şey olduqca standart və tanış idi. Sadəcə, bu sadə və təmənnasız insan əzəl gündən qayıtdı ki, ya məni seçməlisiniz, ya da heç kimi!
Başa düşmək olmurdu ki, əcəba, seçki kampaniyasıdır bu, yoxsa inqilab? Nə isə. Bizim problemimiz deyil. Bizi düşündürən başqa şeydir. Nikol müəllim bir neçə ciddi geosiyasi bəyanat verdi, Rusiyanı arxayın etdi, hətta Qarabağı unutmadı...
Əslində bunu etməli idi və heç də o demək deyil ki, gələcəkdə bunlara əməl edəcəkdir, çünki əks təqdirdə sual yaranar: Ermənistan Rusiyanın vassalı kimi qalacaqsa, Qarabağ müstəvisində indiki siyasət davam edəcəksə, o halda Sarkisyanı qovmağın nə mənası vardı? Lap tutaq ki, Sarkisyanı öz hakimiyyətini fırıldaqla uzatmaq istədiyinə görə qovdular. Bəs Kremlin gül kimi Karapetyanının, cəmi hakim partiyanın qarşısına sədd çəkməyin mənası nə idi?
Düşünürük, Paşinyan gözəl anlayır ki, bu sualları ona verə bilərlər və nə vaxtsa verəcəklər də! Ona görə yeniliyə ümidliyik.
Bilirsinizmi niyə? Rus hərbçilərinin sözü var: “Bilmirsənsə, öyrədərik! İstəmirsənsə, məcbur edərik!”...
Hələlik proses Putin buyuran kimi gedir, hakim partiya çatışmayan səsləri Paşinyana verməyə tələsmir. Vaxtı uzadırlar ki, etirazlar səngisin. Fəqət bu da bir həftəlik iş deyil. Daha ehtimallısı növbəti seçkidir. Gəl, bu, Serjin yarasına məlhəm olacaqmı? Çətin ki...
Burada bir məqam da ola bilər: hakim partiya bəlkə də N.Paşinyanla sərfəli ticarət yapmaq istəyir. Bir tərəfdən nazir portfelləri bölüşdürülməlidir, o biri tərəfdən isə elə Ermənistanda da vəzifə hər şey deməkdir - mövqeləri tamam əldən vermək olmaz axı...