Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
11:48 | 10 iyun 2018 | Bazar
Məqaləyə 1897 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər.
«Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”-Paşinyan Köçəryanın və Sərkisyanın Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə dəyərləndirib.
Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub.
Politoloq Manvel Sərkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir.
“Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir”, - politoloq “Sputnik Armenia” agentliyinə deyib.
Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb.
“Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır”, - Soqomonyan deyib.
Köçəryanın ofisinin rəhbəri qeyd edib ki, əslində Dağlıq Qarabağ bilavasitə olmasa da danışıqlar prosesində iştirak edir, hər dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi regiona səfər edəndə Dağlıq Qarabağ nümayəndələri ilə də görüşürlər. Və bütün danışıqlar prosesi ərzində Ermənistan tərəfi həmişə bəyan edib ki, yekun razılaşma Dağlıq Qarabağın razılığı və iştirakı olmadan mümkün deyil.
Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səylərini alqışlayır, amma onu da qeyd edir ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır. “Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq”, - Viktor Soqomonyan bildirib.
Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir.