Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:51 | 16 iyun 2018 | Şənbə
Məqaləyə 1826 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Paşinyanın Qarabağa hansı məqsədlə gəldiyi açıqlanmır. Amma virtualaz.org ehtimal edir ki, bunun iki əsas səbəbi ola bilər-Dağlıq Qarabağdakı hərbi-polis rejiminin üzləşdiyi siyasi böhran və Bako Saakyanın istefaya məcbur edilməsinə aparan proseslər; erməni tərəfinin günlərdir Azərbaycanın təmas xəttinin Ağdam və Füzuli istiqamətlərinə “iri qoşun qruplaşması cəmləşdirməsi” ətrafında yaranmış panik vəziyyət.
Hansı ki, Xankəndindəki qondarma rejim bu “cəmləşməni” Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması kimi təqdim edir. Və qondarma rejimin bu təşvişi Paşinyanın “mən qarabağlı deyiləm, ona görə də Dağlıq Qarabağın adından danışıq apara bilmərəm” bəyanatı ilə bir vaxtda yaranıb.
Erməniyönümlü rusiyalı hərbi ekspert, ənənəvi olaraq Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev “rusarminfo” portalına növbəti açıqlamasında deyir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir.
“İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Mən bunu nəzərdə tuturam ki, Paşinyan bufer zonasına daxil olan ərazilərin (ətraf rayonların) qaytarılmasına gedə, bu isə bütün Qarabağın itirilməsi ilə nəticələnər”, - Yevseyev deyib.
Rusiyalı ekspertin fikrincə Paşinyan Serj Sərkisyanın qərar vermədiyi bu addımı atmağa qadirdir və onun bütün məsuliyyəti indidən Xankəndinin üzərinə atması ən təhlükəli inkişaf ssenarisidir.