Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
23:43 | 16 iyun 2018 | Şənbə
Məqaləyə 2492 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Deputat-general Manvel Qriqoryan və Don Pipo kimi məşhur olan kriminal avtoritet Artur Asatryan bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıblar.
Erməni KİV-i bildirir ki, bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həbslər Eçmiədzin şəhərində iki müxtəlif cinayət işi üzrə keçirilən operativ-axtarış tədbirləri çərçivəsində aparılıb. Axtarışlar zamanı MTX-nın tədqiqatçıları böyük miqdarda silah-sursat aşkar ediblər.
Manvel Qriqoryanla bağlı Ermənistan Cinayət Məcəlləsinin 235 maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayətdən (ilkin sövdələşmə üzrə bir qrup insan tərəfindən qanunsuz odlu silahın əldə edilməsi və saxlanılması) söhbət gedir. Saxlanılma MTX-nın aldığı operativ məlumatların araşdırılması çərçivəsində həyata keçirilib. M.Qriqoryan Ermənistan parlamentinin deputatı olduğu üçün MTX Milli Məclisin spikerinə məlumat verib ki, saxlanılma Ermənistan Konstitusiyasının 96 maddəsinə (deputat toxunulmazlığı ilə bağlı məsələləri tənzimləyir) müvafiq olaraq aparılıb.
Artur Asatryanaya (Don Pipo) gəlincə, onun tutulması, barəsində hazırlanan ölümə qəsd haqqındakı cinayət işi çərçivəsində həyata keçirilib.
“Kriminal avtoritetlə bağlı axtarışlar, həyatına sui-qəsd hazırladığı ehtimal olunan insanların oğurluğu fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində Asatryanın malikanəsində, ona yaxın tikililərdə və başqa ərazilərdə aparılıb, silah-sursatlar tapılıb”, — xəbərdə deyilir.
Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.
Bir müddət əvvəl isə Manvel Qriqoryan kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi güllələmək lazım olduğunu bildirmişdi.