vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 sentyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
Paşinyan Sərkisyanı buraxmır 12:29 | 23 iyun 2018 | Şənbə Məqaləyə 1431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan Sərkisyanı buraxmır

Yeni baş nazir sələfinin “təcrübəsindən” istifadə etmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda ölkənin keçmiş prezidenti Serj Sərkisyanın iştirakını istisna etmir.

Bununla bağlı Xaratyan Ermənistan İctimai Televiziyasının efirində bildirib: “Təəssüf ki, Ermənistanda Qarabağ danışıqlar prosesi üzrə dolğun məlumata malik çox adam yoxdur. Ola bilsin, gün gələcək ki, S.Sərkisyan bu məsələ üzrə xüsusi elçi olacaq. Dövlət maraqlarının olduğu məsələlərdə hər hansı şəxsin iştirakı istisna edilmir”.

Onun sözlərinə görə, keçmiş diplomat anlayışı yoxdur.

“Bir aydan, bir ildən və beş ildən sonra nə olacağını heç kim bilmir. Vəziyyət elə dəyişə bilər ki, bu insanların biliyindən, təcrübəsindən istifadə zərurəti yaranar. Bu qapını heç vaxt bağlamaq olmaz”, - baş nazirin müşaviri deyib.