Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:03 | 27 iyun 2018 | Çərşənbə
Məqaləyə 2515 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Göründüyü kimi, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə Ermənistan XİN və Müdafiə Nazirliyində ciddi təlaş yaradıb. Ermənistan xarici işlər nazirinin və indiyə qədər hər hansı məzmunlu bəyanatını eşitmədiyimiz Ermənistanın XİN-nin sözçüsünün “Twitter” və ya klaviatura fəaliyyəti bunun daha bir göstəricisidir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə cavab olaraq deyib.
H. Hacıyev qeyd edib ki, Sərkisyan rejiminin tör-töküntüsü olan Ermənistan XİN-nin mətbuat katibinin canfəşanlığının səbəbi ola bilər ki, öz vəzifəsini itirməkdən qorxmasıdır: “Bilavasitə Ermənistan xalqının düşməni olan Sərkisyanın hərbi xunta rejiminə xidmət edən və vaxtilə Sərkisyanı klaviatura diplomatiyası vasitəsilə vəsf edən bir mətbuat katibindən başqa bir şey gözləməyə dəyməz. Ona görə də erməni həmkarımın Kiplinqin “Mauqli” əsərində Şirxanın dostu olan personaja tez-tez müraciət etməsini başa düşmək elə də çətin deyil. Hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, Ali Baş Komandanın orada çıxışı ilə qürur duydu. Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun”.
H. Hacıyev fürsətdən istifadə edərək Ermənistan XİN-də olan həmkarlarına, xüsusilə mətbuat katibinə tövsiyəsini də çatdırıb: “Tövsiyə edərdim ki, digər ölkələrdən nümunə götürərək peşəkarlığınız üzərində çalışın və özünüzü gülünc vəziyyətə qoymaqda davam etməyin. Sərsəm və məntiqsiz açıqlamaları şərh etmək bizim üçün də çətin olur”.