“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
12:19 | 9 fevral 2019 | Şənbə
Məqaləyə 1938 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
“Axalkalakidə abidəsi qoyulmuş erməni terrorçu Mixail Avaqyan hərbi cinayətkar olub. O, Abxaziyada gürcülərə qarşı döyüşüb. Onun büstü sökülərək götürülməlidir”.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların M.Avaqyanın büstünün qoyulmasına qarşı keçirdikləri etiraz aksiyasında iştirak edən Abxaziya müharibəsi veteranı Vaxtanq Corcikia söyləyib.
Onun sözlərinə görə, Abxaziyada ermənilərdən ibarət Baqramyan adına tabor etnik təmizləmə həyata keçirib və dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər törədib. Bu cinayətkar qrupun üzvləri Abxaziyada bir ailənin üzvləri olan qadın və uşaqları diri-diri yandırıblar. Ermənilərin Dağlıq Qarabağda da necə qanlı cinayətlər törətdiklərini eşitmişik. Belə cinayətkarlara necə abidə qoymaq olar?”.
V.Corcikia bildirib ki, M.Avaqyana büstün qoyulması qəsdən törədilmiş təxribatdır və bunun qarşısı alınmalıdır. Abidənin qoyulması barədə mərkəzi hakimiyyət məlumatlandırılmayıb. Büstün qoyulmasını şəxsi təşəbbüs adlandırırlar. Lakin istənilən halda abidə qeyri-qanuni qoyulub və mütləq götürülməlidir”.
O deyib: “Bu gün parlamentin binası qarşısına toplaşan Gürcüstan ictimaiyyəti də büstün ucaldılmasını təxribat sayır. Bu addımın məqsədi Gürcüstanla Azərbaycanın arasını vurmaq, Gürcüstanda yaşayan millətləri qarşı-qarşıya qoymaq və qeyri-sabitlik yaratmaqdır. Ona görə də hakimiyyət buna loyal qalmamalı və konkret addımlar atmalıdır”.