
Taleyi ilə barışmış Vardanyan...
Və yaxud, bütün ermənilər üçün “şok terapiya” rolunu oynayan məhkəmə...
Və yaxud, bütün ermənilər üçün “şok terapiya” rolunu oynayan məhkəmə...
Ermənistan təxribat törətsə, Azərbaycan müəyyən istiqamətlər üzrə əməliyyat həyata keçirə bilər
... iki ölkəni birləşdirəcək
Trampın Putinə son hədəsi
160 min nəfərin orduya cəlb edilməsi gözlənilir
... Yaxud Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ
Tramp bu dəfə Putini və İranı hədələyib
Bunun əksi Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək
Rusiyanı sarsıdan hadisə; Zelenski tezliklə öləcəyini demişdi
Kreml müharibəni bitirmək üçün danışıqlarda maraqlı deyil
Yer üzündə düşmən olanların Mars üçün bazarlığı
Ukrayna: “ABŞ nadir torpaqlar üzrə saziş təklifini rəsmən alıb”
Çin isə Rusiyaya qarşı “inan, amma yoxla” prinsipi ilə hərəkət edir
“Qurbanlar öz cəlladları ilə əlbir olurlar”
ABŞ və Rusiya “Şimal axını”nı yenidən açmağı planlaşdırır
Rusiyanın ən varlı adamlarından biri dələduzluqda ittiham olunur
ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü.
Slovakiyalı nazir mətbuat konfransında dedi ki, bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət impulslar verməyə çalışacaqlar. Göründüyü ki, ATƏT-in hazırki sədri çox ehtiyatlı ifadə işlədib. Bu anlaşılandır. Çünki, ATƏT 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur, ancaq heç bir irəliləyiş yoxdur. Slovakiyadan əvvəl ATƏT-ə müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik ediblər. Bu dövlətlərin xarici işlər nazirləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirirdilər. Ancaq nəticə olmadı. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil.
Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri ilə birgə mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə fikri diqqəti cəlb edib.
Birincisi, Lavrov deyib ki, həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa sıx əlaqədə işləyir və tərəflər arasında yeni görüşlər hazırlanır.
İkincisi, Lavrov deyib ki, vasitəçilər dialoq üçün yalnız şərait yarada bilərlər, ancaq qərarı birbaşa dialoqda tərəflər özləri verməlidirlər.
Lavrovun bu iki fikrindən hansı nəticələr çıxır?
Həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar. Yəqin ilkin olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü hazırlanmalıdır. Bunun anonsu Münhen təhlükəsizlik konfransında verildi. Ancaq gözlənildiyinin əksinə olaraq Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmədilər. Ermənistanın xarici işlər naziri Münhendə hətta belə bir açıqlama verdi ki, görüş nəzərdə tutulmayıb, azərbaycanlı həmkarını koridorda görüşsə sadəcə salamlaşacaq.
Münhendə görüş ona görə baş tutmadı ki, artıq danışıqlarda predmetli müzakirə getmir. Görüşlərdə təkrar fikirlər söylənilir. Bunun isə iki tərəfə də xeyri yoxdur. Bundan başqa Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıya məsləhət görür ki, onunla deyil Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparılsın. Bunu isə rəsmi Bakı qəbul etmir və etməyəcək. Məhz bu görüş ayrılığı nazirlərin Münhendə görüşməsinə mane oldu.
Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” sözləri isə ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Həm də Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə Moskva Paşinyana loyal münasibətini ortaya qoyur.
Bu arada, Paşinyanın Moskvanın istəyi ilə Suriyaya 83 nəfərlik hərbçidən ibarət humanitar missiya göndərməsi onun xeyrinə oldu. Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB ölkələri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov tez-tez Moskvada və Bakıda iki ölkə arasında keçirilən toplantılarda iştirak edir. Hiss olunur ki, Azərbaycanın Moskvadakı səfirliyinin də bu deputatla sıx əlaqələri var. Ancaq buğunlərdə İrəvanda olan Leonid Kalaşnikov Rusiyaya hansı dövlətin yaxın olduğunu bu sözlərlə anlatdı: “Ermənistan Qərbin təzyiqindən qorxmayaraq Suriyaya hərbi missiya göndərdi. Rusiya Ermənistanın bu addımını yüksək dəyərləndirir və bunu biz qiymətləndirəcəyik”. Elə bu qiymətləndirmənin nəticəsidir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil.