
Xankəndi, Əsgəran, Xocalı ...
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
Qoca, qadın və uşaqlardan ibarət 56 nəfərin qətlə yetirilməsindən 25 il ötür
... Yaxud milyonlarla qurbanının son dayanacağı – Auşvits
366-nın əməlləri 30 il sonra üzə çıxır
“600.000-dən çox kürdü qətlə yetirdilər”
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
İndiyədək qətliamın 6 min 671 qurbanının kimliyi müəyyənləşdirilərək dəfn olunub
“İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar və Şuşa türməsində cəza çəksinlər. Çünki onlar Şuşanı “çox istəyirlər””.
Bunu Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova Qafqaz Müsəlmanları İdarəsində “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Ermənistan, erməni separatçıları Şuşanı erməniləşdirmək istəyirlər: “O torpaqlara azərbaycanlıların qanı tökülüb. Bu gün Xocalının adını dəyişib orada uşaq bağçası tikiblər. Hansı ki, orada 1000-dən çox erməni yerləşdirilib. Bu gün bizə müraciət edirlər ki, gəlin xalqları sülhə hazırlayaq. Bunları görəndə isə bilmirəm nə edək, mən seçicilərimin qarşısına çıxıb, onlara nə deyim?”.
F.Qasımova qeyd edib ki, ermənilər Dağlıq Qarabağdakı və işğal altında olan digər rayonlarda yer adlarını dəyişirlər: “Bizim yaşadığımız Qubadlıda, Kəlbəcərdə təpələrə xaç qoyurlar. Vaxtilə alban kilsələrini saxtalaşdırıb erməniləşdirdilər. Ermənistanda hakimiyyətdə olmuş separatçı qüvvələr xalqların bir-biriylə yaxınlaşmasına imkan vermirdi. Bu vəziyyət indi də dəyişməyib. Sadə xalqı günahlandırmıram. Düzdür, bizə yuxarıdan aşağıya baxırdılar. Mən Xankəndində doğulmuşam. Ancaq sadə xalq müharibə istəmirdi. Qarabağda yaşayan yerli əhali də bilir ki, biz ora qayıdacağıq, çünki ora Azərbaycan torpağıdır”.