İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
11:43 | 25 aprel 2019 | Cümə axşamı
Məqaləyə 1986 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Aprelin 24-də Tehranda ermənilərin Türkiyə əleyhinə planlaşdırdığı yığıncağa qarşı etiraz edənlərdən bir neçəsi polis tərəfindən saxlanılıb. Şahidlərin dediyinə görə, “Kərimxan Zənd” xiyabanında toplaşan azərbaycanlılardan ən azı 10 nəfər yaxalanaraq naməlum istiqamətə aparılıb. Saxlanılanlardan Kərimulla Nurbəxş, Nasir Məhdəvi, Bayram Mahmudi, Əsğər Cəfəri, Rza Ağayi, Əli Ağayi, Əli İbrahimi və Söhrab Cəlilzadənin kimliyi müəyyən edilib.
Azərbaycan Milli Hərəkat fəallarının ayıq-sayıqlığı və vaxtı-vaxtında keçirdiyi etirazlar nəticəsində ötən illərdən fərqli olaraq bu il aprelin 24-də ermənilər Türkiyə səfirliyi qarşısında yığıncaq keçirə bilməyib.
Azərbaycanlı fəallar gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə aprelin 3-dən imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb ediblər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub. Toplanan imzalar kampaniya təşkilatçıları tərəfindən İranın daxili işlər naziri və Tehran Valiliyinə təqdim olunmuşdur.
Azərbaycanlıların xəbərdarlığı nəticəsində Türkiyənin Tehrandakı səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinə icazə verilməsə də onlar Sarkis kilsəsinə toplaşıb, kilsənin divarlarından yazılı bannerlər asaraq qondarma erməni soyqırımını anıblar.
Xatırladaq ki, 1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.