Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
18:04 | 21 may 2019 | Çərşənbə axşamı
Məqaləyə 2155 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Ermənistanın baş naziri Nikol Paşinyan ötən bazar bütün gün ərzində müdafiə naziri David Tonoyanla və Baş qərargahın rəisi Artak Davtyanla məxfi müşavirə keçirib. Erməni mətbuatı xəbər verir ki, müşavirədə müdafiə nazirinin və Baş qərargah rəisinin Paşinyana nə məruzə etdikləri məlum deyil.
“Amma bir məsələ aydındır: söhbət təmas xəttindəki gərgin vəziyyətdən və Azərbaycanın mümkün hücumundan gedib. Habelə məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır. Bizim məlumatlarımıza görə məhz bu xüsusatlar, habelə ötən gün məhkəmələrə girişi bağlamaq çağırışı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikanı dəyişməyə, eyforik və aqressiv bəyanatlardan daha konstruktiv məkana keçməyə məcbur edib”, - Ermənistanda nəşr edilən “Past” qəzeti belə yazır.
Bildirilir ki, Paşinyan əvvəlcədən planlaşdırılmış çıxışının mətninin böyük hissəsini dəyişdirib və çıxışı tamam başqa variantda təqdim edib.
Xəbər verildiyi kimi bazar günü Yerevan məhkəməsi eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın qondarma “prezidentinin” müraciəti əsasında zaminə buraxıb. Nəticədə Köçəryanın əleyhdarları küçələrə çıxıb. Paşinyan isə Ermənistanda inqilabın “ikinci mərhələsinin” başladığını elan edib və tərəfdarlarını məhkəmələrə giriş-çıxışı bağlamağa çağırıb. Bu aksiya günorta saatlarına qədər davam edib. Paşinyan da tərəfdarları qarşısında çıxış edib və keçmiş rejimin Qarabağdakı tərəfdarları ilə birlikdə Ermənistan hakimiyyətinə qarşı qəsd planı hazırladığını deyib. Onun sözlərinə görə, bu qəsd Qarabağda müharibənin başladılmasını və ola bilsin “bəzi ərazilərin” verilməsini nəzərdə tutur.