Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:39 | 10 fevral 2022 | Cümə axşamı
Məqaləyə 795 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, qeyd edib ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur.
Ermənistan müxalifəti ölkənin müharibə itkilərinin 5-7 min nəfər olduğunu iddia edir. Ölkə parlamentində deputatların suallarını cavablandıran Baş nazir müxalifəti müharibədə həlak olanların sayını şişirtməməyə çağırıb. Nikol Paşinyan qeyd edib ki, əgər müxalifətin sübutu varsa, sübut təqdim etsin.
Xatırladaq ki, daha əvvəl Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən hərbçilərinin sayı ilə bağlı yenilənmiş məlumatlarında işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfər kimi qeyd olunub.
Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 700 nəfəri ötüb.