Solovyovun böyükləri
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
19:56 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 798 dəfə baxılıb
Şriftin ölçüsü
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gözlənilən baş verir. Rusiya prezidenti Vladimir Putin Donbass separatçılarını tanımağa hazırlaşır. İkinci mərhələdə rəsmən “tanınan” separatçılar Rusiyadan hərbi dəstək istəyəcək və Rusiya ordusu Ukraynanın şərqinə daxil olacaq. Növbəti addım Donbasın Rusiyaya birləşdirilməsi olacaq.
Rusiyanın müasir tarixində ilk dəfə prezident Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası canlı yayımlandı. Bunun sadə səbəbi var idi. Kreml sahibi bununla daxili və xarici auditoriyaya nümayiş etdirmək istədi ki, Donbass separatçılarının tanınmasıyla bağlı kollektiv qərar qəbul olunur və bu tək onun şəxsi qərarı deyil. Təsadüfi deyil ki, Putin hər çıxış edəndən televiziya ekranları qarşısında soruşurdu: “Siz Donbasın tanınmasını tərəfdarısınızmı?” Etiraz edən olmadı. Ancaq bu görüntü aldadıcıdır. Kreml sahibi bu qərara doğru illərdir gedirdi. Ətrafı sadəcə, onun çoxdan verdiyi qərarı dəstəklədi.
Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq. Moskvanın bizə mesajı bu olacaq ki, “mənim dediyimi etməsən, Qarabağla bağlı da oxşar qərar verə bilərəm”. Rusiya ilə mənasız müttəfiqlikdənsə həqiqi müttəfiq Türkiyənin Azərbaycanda hərbi varlığını təmin etməliyik.