Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:49 | 14 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1324 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
SSRİ əsasən üç, Kommunist partiyası, Dövlət Təhlükəsizlik Komitəsi (DTK) (КГБ – Комитет Государственной Безопасности) və Hərbi Sənaye Kompleksi (HSK) (bütün hərb bura daxil olmaqla) sütunları üzərində bərqərar idi. İdarə etmə tam politbüro tərəfindən olsa da, ortaya çıxarılan qərarlar, bu üç müstəvidən verilirdi. Rusiyada isə hazırda idarəetmə strukturu belədir: FTX, HSK və kilsə. Göründüyü kimi kilsə ideoloji dayaq olan Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) (КПСС - Коммунистическая Партия Советского Союза) əvəz edir. SSRİ-nin çöküşündən sonra DTK yenidən formasiya olunub, iki yerə - Federal Təhlükəsizlik Xidməti (FTX) (ФСБ - Федеральная Служба Безопасности) və Xarici Kəşfiyyat Xidmətinə (XKX) (СВР - Служба Внешней Разведки)) bölündü.
FTX yetirməsi Putin, ölkədə tam hakimi mütləq olduqdan sonra, FSB-nin həm ştatı, həmdə səlahiyyəti xeyli böyüdü. Ölkə daxilində bu idarənin müdaxilə etmədiyi bir sahə yoxdur. Həmçinin bu xidmətin 7-ci idarəsi, əslində xarici kəşfiyyat idarəsidir. (baxmayaraq ki, yuxarıda qeyd etdiyimiz kimi ayrıca xarici kəşfiyyat xidməti mövcuddur) Səlahiyyətində olduqca geniş agentura şəbəkəsi və maliyyə qaynaqları vardır. Yuxarıda paylaşılan fotolar bu idarənin rəhbərləri, hazırda ev dustağı olduqları deyilən generallardır. İdarənin keçmiş ittifaq ərazisində, xarici ölkələrdə olan agentura şəbəkəsi, əsasən, vaxtilə DTK-nin əks kəşfiyyatının xəbərçiləri, agentlərdən ibarətdir, təbii yeniləri də var.
Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətdən salınması, onun yerinə rus oliqarxı İvanişvilinin gətirilməsi həmin idarənin əməliyyatıdır. Məlumdur ki, bu olay baş verən ərəfədə İvanişvilinin maliyyə imkanları qısa zamanda bir neçə dəfə artmış, təbii ki, məhz buda onun siyasi blokunun az üstünlüklə olsa da parlament seçkilərində qalib olmasına səbəb olmuşdu.
Ötən il, Ukrayna prezidenti V. Zelenskinin ölkədə Rusiya yönümlü Media maqnatı, siyasətçi, deputat Viktor Medvedçuka aid olan telekanalları bağlaması, onun ümumən fəaliyyət çevrəsini daraltması Rusiya mətbuatında böyük hay-küyə səbəb olmuşdu. Medvedçukun FTX-nin maliyyəsindən bəhrələndiyi söylənilirdi. Son olaylar, iki ölkə arasında baş verən müharibə göstərdi ki, yazılanlar heç də səbəbsiz deyilmiş. Putini Gürcüstan ssenarisinin, Ukraynada V. Medvedçuk üzərindən baş tuta biləcəyinə inandırıblar. Proyektin əsas icraçıları isə bu məlum generallar olub. Bu böyük layihə üçün milyardlarla pullar xərclənib. Nəticə isə göründüyü kimi yoxdur. Deməli seçilən gündən, nəinki Rusiya, ölkədaxili rəqibləri tərəfindən tənqid atəşinə tutulan V.Zelenski, əslində öz işinin, əsasən də təhlükəsizlik məsələlərinin öhdəsindən layiqincə gəlirmiş. Amma vaxtı çox dar, səlahiyyəti isə az olub. Rusiya rəhbərliyinin, təcavüzün ilk günlərində planlaşdırdığı dövlət çevrilişi, məhz Ukrayna Kəşfiyyat Xidmətinin və prezidentin ayıqlığı nəticəsində baş tutmayıb. Amma büdcəsinə böyük pullar xərclənən ordusu da Putini yarıtmayıb. Göründüyü kimi bu qədər itkilərə rəğmən, ciddi irəliləyiş yoxdur. Mənə opponentlik edən dostlar xəritə üzərindən Rusiyanın aldığı əraziləri göstərə bilərlər. Amma bildirmək istərdim ki, Putinin rəqib sandığı NATO-ya daxil olan ordular, hər hansı bir əməliyyatlarda döyüş itkilərinin maksimum 7 faiz ola biləcəyini qəbul edirlər. Bundan artıq faiz, uğursuzluq sayılır. Rusiya ordusunun Ukraynada ölən, yaralanan, əsir düşən, demorilizə olan hərbiçilərinin sayı ən az halda 40 min nəfərə yaxındır (təkrar yazıram bu tək ölənlərin sayı deyil, ümumən sıradan çıxanların sayıdır). Bu isə hücuma rus demiş “xüsusi əməliyyat”a cəlb olunan heyətin dörddən biridir. Böyük rəqəmdir və özünü dünyanın ikinci ordusu sayan bir ordu üçün biabırçı durumdur. Səfərbərlik resurslarına güvənməyən Rusiyanın, xaricdən muzdlu dəvət etməsi isə, 140 milyon əhalisi olan nüvə ölkəsi üçün, ondan da betər rüsvayçılıqdır.