
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
Bu gün AFFA İntizam Komitəsinin «Neftçi»nin yarımmüdafiəçisi Araz Abdullayevin ötən turda «Qarabağ»la oyunda aldığı qırmızı vərəqəni ləğv edəcəyini hələ iclas baş tutmamış xəbər vermişdik. Çox keçmədi ki, İK-in qərarlarında saytımızın xəbəri doğruldu və Abdullayevə verilən qırımızı vərəqə ləğv olundu.
Beləliklə, gənc futbolçu növbəti turda «Qəbələ»yə qarşı forma geyinə biləcək. Bəs, «Qəbələ»nin bu məsələyə münasibəti necədi?
Futbolinfo.az saytına açıqlama verən «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov qərarın obyektiv olmadığını düşünür: «Araz Abdullayevin qırmızı vərəqəsinin ləğv olunmasına münasibətim çox pisdi. Belə şeylər gərək olmasın. Vallah, bu, bir daha qeyri-peşəkarlığın göstəricisidi. Düzdü, epizoda mən də baxmışam, Araz Abdullayevə orada qırmızı vərəqə düşmür. Onda gərək Erik Ramosun boks yarışına çıxmasını da cəzasız qoymayaydılar. Riçard Almeydaya gərək qırmızı versinlər. Elədisə, hamısına versinlər. Yox, əgər bunlar Araz Abdullayevin «Qəbələ»yə qarşı oynamasını istəyirlərsə, bu, başqa məsələdi. Oyunun yazısına baxıb, qərar qəbul edirlərsə, gərək hamısını cəzalandırardılar. Bu cür işlər görülən bütün yaxşı işləri gözdən salır. Bir daha qeyd edirəm ki, bu cür addımlara münasibətim çox pisdi. «Qəbələ» əgər «Neftçi»ni udacaqsa, elə Araz Abdullayevlə bir yerdə udacaq. Bu, bəyənilməyən haldı. İstər orada «Qəbələ»nin, ya «Qarabağ»ın futbolçusu olsun - fərq etməz. Verilən qərar hansı klubun olmasından asılı olmayaraq, gərək dəyişilməsin. AFFA İntizam Komitəsinin verdiyi qərar xoşagəlməz haldı və mənə elə gəlir ki, dünyanın heç bir yerində belə bir şey yoxdu. Ondan əvvəl 3 futbolçuya qırmızı vərəqə verilməli idi, ancaq verilməyib. Hamısı da videoda öz əksini tapıb. Onda o epizodlara da münasibət bildirsinlər də. Yox, əgər təkcə Arazın epizoduna münasibət bildirirlərsə, deməli, burada nəsə var. İstənilən halda bu, obyektiv qərar deyil».