Radardan yayınan yeni PUA-lar
Yaponiya ucuz başa gələn yeni texnologiya ilə müasir müharibənin balansını dəyişir
14:05 | 21 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1037 dəfə baxılıb
Şriftin ölçüsü
Yaponiya ucuz başa gələn yeni texnologiya ilə müasir müharibənin balansını dəyişir
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Sunami xəbərdarlığı verildi, minlərlə insan təxliyə edildi
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Tetçerin pərəstişkarı Takaiçini Toni Bleyr, Bill Klintonla nə birləşdirir?
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Yaponiya və Tayvan birjaları rekord səviyyəyə çatdı
Yaponiyanın baş naziri Fumio Kisida Hindistana səfər edərək bu ölkənin baş naziri Narendra Modi ilə Ukraynadakı müharibəni müzakirə edib. Tokio Rusiyanın Ukraynaya işğalı məsələsində Qərb ölkələri qədər qətiyyətli mövqedən çıxış edir. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub.
Ukraynadan 40 nəfər Yaponiyada yerləşib. Rəqəm kiçik olsa da, Yaponiyanın yaxın tarixində ilk dəfə olaraq Tokio başqa ölkədən qaçanların qəbuluna razılaşıb. Bundan başqa Yaponiya Ukraynaya hərbi geyimlər göndərib. Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiya parlamentində videoformat çərçivəsində çıxışı gözlənilir. Başqa sözlə Tokio illərlə həyata keçirdiyi neytral siyasətdən Ukraynanın xeyrinə imtina edib. Keçirilən sorğular göstərir ki, Yaponiya əhalisinin 82 faizi Rusiyaya qarşı sanksiyaların tərəfdarıdır.
Rusiya Kuril adaları məsələsində illər boyu Tokionun bütün təkliflərini rədd edib. Nəticədə Tokio anladı ki, Rusiya Kuril adaları məsələsində heç bir güzəştə getməyəcək. Tokiodan fərqli olaraq Dehli Rusiyanı ittiham etməyə tələsmir. Dehli Hindistan, ABŞ, Yaponiya və Avstraliya dördlü ittifaqında yeganə paytaxtdır ki, Rusiyaya qarşı sanksiya tətbiq etməyib. Bunun səbəbi odur ki, Dehli Çinin Rusiya ilə yaxınlaşmasından ehtiyat edir. Çünki Dehli Rusiyaya qarşı sanksiyalara qoşulsa Moskva Pekinlə ittifaqı daha da gücləndirəcək ki, bu Hindistana əlavə təhlükəsizlik problemləri yaradacaq.
Buna baxmayaraq, Vaşinqton və Tokio Dehlini yanlarında görmək istəyirlər. Yaponiyanın baş naziri Dehliyə səfəri zamanı ölkəsinin Hindistana 42 milyard dollar yatırım qoymağa hazır olduğunu bildirib. Bu səbəbdən Tokio ilə tərəfdaşlığı davam etdirmək Dehli üçün vacibdir. Əslində Tokio Ukrayna mövzusunda prinsipial mövqeyinə baxmayaraq, Rusiyanın neft və qazından imtina etməyib. Yaponiya bu məhsulları kənardan almaq məcburiyyətindədir. Yəni Tokio Dehlini yanında görmək istəsə də, Hindistan-Rusiya iqtisadi əlaqələrinin əleyhinə deyil, çünki özü də enerjinin bir hissəsini Rusiyadan alır.