Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
08:55 | 20 aprel 2022 | Çərşənbə
Məqaləyə 642 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya 9 May paradının məşqlərinə başlayıb. 2019-un mayında Moskvadaydım. Hər səfərdə olduğu kimi gecə yarıya qədər dostlarla söhbət edib çox gec yatmışdım. Səhər 6 olmamış traktor səsinə oyandım. Ay Allah, səhərin alaqaranlığında, Moskvanın tən ortasında bu nə traktordu axı, məni yatmağa qoymur?… Heç oyanmaq istəmirdim… Gözümü bərk-bərk yumub saymağa başladım - 1 traktor, 2 traktor, 3 traktor… yoox, bu deyəsən, “KamAZ”dı. Yo-yo, kombayn…, 3 traktor… 3 traktor, yoxsa 4? Nə isə, yuxu haram oldu. Bu “traktor” da susmur... Hələ arada bir vıyıldayır da. Pəncərədən baxdım, heç nə görmədim. Traktoru icad edənə ürək sözlərimi söyləyə-söyləyə hazırlaşıb düşdüm aşağı ki, görüm bu nə dırıltı-xırıltıdır belə?
Elə Şeratondan ayağımı Tversyaka-Yamskaya küçəsinə qoymuşdum, gördüm, küçə süpürən bir dəstə narıncıgödəkçəli söykəniblər uzundəstə süpürgələrinə, o biri əllərini də gözlərinin üstünə qoyub göyə baxırlar. Amma göydə heç zad yox. Heç 2-3 saniyə keçmədi, traktor səsi yenə gəlməyə başladı, ardınca da nəhəng binanın səma ilə kəsişən tinindən 3 ədəd hərbi uçaq göründü. Tır-tır-dır, dır-dır-tır nəğməsi oxuya-oxuya uçub getdilər 10 addım aşağıdakı Qırmızı Meydana tərəf. Sən demə, Rusiya hərbi aviasiyasının traktorları, pardon uçaqları 9 May paradına hazırlaşırlar… Traktoru icad edənlərin ruhunda üzrxahlıq edə-edə qayıtdlm otağıma. Heç bilmirəm, onda bu hekayəni yazdım, ya yazmadım, amma yadımdadır ki, Rusiya Ordusunun xırçı Balaqədeşin traktorunun günündə olduğunu elə onda başa düşmüşdüm)
9 mayda paradı lap yaxından izlədim. Tverskaya küçəsində üzü Kreml tribunalarına doğru hansı hərbi texnika gedirdisə, öncə bizim qarşımızdan keçirdi. Nə gündə idilər? 30 dəfə rənglənmiş hərbi maşınlar, nimdaş tanklar… Bircə “İsgəndər”dən üşənmişdim. Levitanın layiqli davamçısı hər döyüş maşınını Rusiya ordusunun fəxri kimi təqdim edir, idarə edənin, ekipaj komandirinin adını çəkir, ətrafdakılar coşğu ilə onlara əl çalırdılar. Elə bil, 20-ci əsrin 50-60-cı illərinə düşmüşdüm. İnsanlar çağdaş hərb sənayesi ilə nəhəng ölkələrinin “gücünü” müqayisə edib pərişan, pəjmürdə olmaq yerinə, zır dəli kimi gülür, sevinirdilər.
Bayraktarlar, daha neçə növ kamikadze, kəşfiyyatçı dronlar, Haroplar, modernləşdirilmiş T-72-lər, özüyeriyən, 20 km atış məsafəsi olan toplar, “Javelin”lər, “Swichblade”lər, qəttəzə helikopterlər, qırıcılar, hava hücumundan müdafiə sistemləri, işıqdan sürətli raketlərlə silahlanıb Vətəni qoruyan ukraynalılara heç nə edə bilməz o Rusiya “traktorları”. Ruhu köhnədir onların.
Qalib Ukraynadır! Ukrayna qalibdir!