Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
15:59 | 20 aprel 2022 | Çərşənbə
Məqaləyə 1487 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Moskvada ilk rəsmi səfərdə olan Nikol Paşinyan səfərdən əvvəl Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı aparıb. Məlumata görə, erməni baş nazir və şuranın prezidenti Brüssel görüşündə razılaşmalar prosesi, regional vəziyyət və Ermənistan-Avropa İttifaqı gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. Bundan başqa Ermənistana 2,6 milyard avro verilməsinə dair sazişin icrası müzakirə edilib.
Məsələ ondadır ki, aylardır Ermənistan-Aİ təmaslarında bu mövzuya toxunulmayıb və ümumilikdə Ukrayna böhranının səbəb olduğu Avropanın təhlükəsizlik problemləri Aİ-nin Ermənistana bu qədər böyük maliyyə paketinin imkanlarını nəzərdən keçirməkdə davam edib-etməməsi sualını doğurub. Paşinyan-Mişel telefon danışığı bu baxımdan müəyyən cavablar verir, lakin eyni zamanda, təbii ki, suallar doğurur.
Avropa İttifaqı Ermənistana 1,6 milyard avro qrant yardımı, yəni beşillik proqram çərçivəsində təmənnasız yardım göstərmək niyyətini açıqlayıb və bank mexanizmləri vasitəsilə 1 milyard avro investisiya yardımı etməyə hazırdır. “Şarl Mişel Aİ-nin Ermənistan üçün investisiya proqramının tam şəkildə həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib və proqramların praktiki icra mərhələsinə ən qısa zamanda başlamağın zəruriliyini vurğulayıb”, - deyə məlumatda bildirilir. Mişel proqramın sürətlə başlamasının vacibliyini vurğulayırsa, bu o deməkdirmi ki, Avropa İttifaqı Şurasının prezidenti Ermənistanın maliyyə paketi ilə bağlı lazımi addımlarda “ləngliyinə” eyham vurur? Eyni zamanda, Avropa İttifaqı maliyyə paketinin təmin edilməsini Ermənistan-Azərbaycan sülh danışıqlarının həyata keçirilməsi ilə, ümumiyyətlə, aprelin 6-da Brüsseldə müzakirə edilən gündəliyin icrası ilə nə dərəcədə əlaqələndirir? “Yavaşlama”nın səbəbi bu ola bilərmi? Yəni Mişel deyir ki, maliyyə paketi prosesini sürətləndirmək üçün Azərbaycanla razılaşmalar prosesini sürətləndirmək lazımdır.
Mişel Moskva səfərindən saatlar əvvəl Nikol Paşinyanla Rusiyanın Ermənistan-Azərbaycan prosesindəki yanaşmalarını və rolunu, eləcə də “rəqib” ölçüyə münasibətini dərk edərək danışır. Mişelin çağırışı Putində “qısqanclıq” yaratmaq məqsədi daşıyır, yoxsa əksinə?