Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:21 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 952 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çində payızda Kommunist Partiyasının növbəti qurultayı keçiriləcək. Bu qurultaya qədər partiya bosları ölkədə qeyri-sabitlik yarada biləcək bütün amilləri ortadan qaldırmağa çalışırlar. Pekin iki təhlükədən narahatdır. Birincisi, ABŞ-ın Çinə qarşı apardığı siyasətdir, ikincisi ölkədə virusun yenidən yayılması təhlükəsidir. Pekin hesab edir ki, Vaşinqtondakı beyin mərkəzləri virusun yayılmasından Çinə qarşı istifadə edə bilərlər.
Çin Kommunist Partiyasının siyasət və hüquq komissiyası Milli Təhlükəsizlik Nazirliyinə, hərbi polisə, o cümlədən məhkəmələrə və prokurorluq orqanlarına nəzarət edir. Göründüyü kimi, partiyanın sadəcə bir komissiyası ölkədə bütün güc strukturlarına nəzarət etməklə böyük səlahiyyətlərə malikdir. Qurultayın lazımi qaydada keçirilməsi də bu komissiyanın səlahiyyət dairəsindədir. Partiyanın və ölkənin rəhbəri Tsi Sinpinin növbəti qurultayda üçüncü dəfə baş katib seçiləcəyi ehtimalı yüksəkdir. Halbuki, son illərə qədər partiya qurultaylarında baş katibin iki dəfədən çox seçilməsinə yaşıl işıq yandırılmırdı. Tsi Sinpin bu ənəni pozmağa hazırlaşır.
Buna baxmayaraq, Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda virusun yayılması tempi və insanların etirazı partiyaya müəyyən çətinliklər yaradıb. Şanxay Çinin əsas maliyyə, logistik və turizm şəhəridir. Bu şəhərdə qeyri-sabitliyin davamı Çinin digər bölgələrinə yayılması təhlükəsini artırır. Buna görə də Kommunist Partiyası və nəzarətindəki strukturlar Şanxayda istənilən narazılığın qarşısını almaqda qətidirlər. 25 milyonluq Şanxay sakinləri evlərində qapanmalarına etiraza başladılar. Polis küçədə səsini ucaltmağa çalışanları dərhal həbs etməklə məşğuldur. Məlumdur ki, Pekinin koronavirusa qarşı mübarizə metodu kəskinliyi ilə seçilir, 1 nəfərdə belə virus aşkarlansa şəhər qapanma rejiminə keçir. Bu virusa qarşı mübarizədə “sıfır tolerantlıq” adlandırılır. Vuris Çində yeni yayılanda “sıfır tolrenatlıq” işə yaradı. Bu dəfə isə Çin hakimiyyəti Şanxayda bunun əks-effektini gördü, evlərinə qapanan insanlar ərzaq və lazımi dərmanlar əldə etməkdə çətinlik çəkdilər və etiraz etməyə başladılar.
Pekin Şanxayı ram etməklə yanaşı ABŞ-la da mübarizə aparmaq məcburiyyətindərir. Pekində hesab edirlər ki, Vaşinqton Şərqdə “yeni NATO” yaradır və məqsəd Çinə qarşı təzyiqi artırmaqdır. Çin Kommunist Partiyasının qurultayında “xarici və daxili düşmələrlə” bağlı müzakirələrin aparılacağı istisna deyil.