İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
14:14 | 22 aprel 2022 | Cümə
Məqaləyə 948 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Azərbaycanda Ukrayna-Rusiya savaşı və ətrafında baş verənlərin qavranması, təhlili və gözləntilər bəzən aşırı “arzu”, “sevgi, nifrət” kimi emosional-subyektiv və mənəvi qəliblər üzərində qurulur.
Rusiya şərdir, Ukrayna xeyirdir. Qərb xeyirdir, Rusiya şərdir. Ukraynanı sevirik, Rusiyaya nifrət edirik.
Rusiya məğlub olacaq, çünki pisdir. Ukrayna udacaq, çünki yaxşıdır. Bunlar düzdür. Arzular da yaxşıdır. Mənəvi-əxlaqi dəyərlər də.
Amma savaş və siyasət bunlar üzərində qurulmur axı. Əsas gücdür. Təki Ukrayna qalib gəlsin, Rusiyanı əzsin, Putini cəzalandırsınlar.
Amma gerçəkdə belə olacağı şansı nə qədərdir? Ukrayna gerçəkdənmi Rusiyanı əzə biləcək? Putin gerçəkdənmi tezliklə gedəcək?
Birdən əzə bilməsə Ukrayna? Krım və Donbasın işğalıyla barışıb atəşkəsə getsə? Uzunmüddətli savaş ölkəni dağıda bilər axı, resursları tam məhv edə bilər axı?
Putin Rusiyası hələ bir 5-10 il duruş gətirsə necə olacaq?
Və ya, ən yaxşı halda, Putini dəyişib bir başqası gələcək hakimiyyətə, Qərblə barışacaq, Ukrayna ilə barışacaq, çünki sanksiyalardan qurtulmaq istəyəcək. Yenisinin Azərbaycana münasibəti yaxşımı olacaq düşünürsünüz? Ya Türkiyəyə? Ehtimal faizi nə qədər olar?
Türkiyə indi Rusiya ilə körpüləri tam yandıra bilərmi? Bu ağıllımı olar? Bunun Türkiyəyə faydasımı olar, zərərimi? Niyə özünü təcrid etsin ki, Rusiya kimi böyük məkandan? Hansında ki, çoxlu sayda türkdilli xalqlar yaşayır həm də. Buradan niyə 5-10 illik uzaqlaşsın?
Bəs Azərbaycana necə? Axı Azərbaycan Rusiya ilə hələ neçə illər əməkdaşlıq etməlidir. Pis münasibətdə olmaq lüksü yoxdur. Milyonlarla soydaşımız yaşayır orada. Böyük bazardır. Dağ boyda ölkədir.
Üstəlik, ermənilər də elə onu arzulayır ki, Azərbaycanla, Türkiyə ilə Rusiya bir-biriylə açıq düşmən olsun.
Azərbaycanı Baltikyanı ölkələrə tay tutmaq olmaz. Onların bir yanı Avropadır, NATO-dur.
Azərbaycanın isə Rusiya, Ermənistan və Gürcüstandan başqa bircə yanı qalır, o da İran və SEPAH-dır.
Avropa hara, NATO hara, İran-SİPAH hara?
Bunlar sadəcə gerçəklikdən uzaqlaşmamaq üçün özümüzə verə biləcəyimiz suallardır.
Bunlar bu günün sualları. Hər ötən gün yeni gerçəkliklər və yeni suallar doğura bilər, şübhəsiz.