Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:30 | 22 aprel 2022 | Cümə
Məqaləyə 769 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Nikol Paşinyanın Nazirlər Kabinetindəki çıxışı göstərir ki, erməni baş nazir Moskvada Putinlə görüşdən sonra da Qarabağın “statusu”nun arxa plana keçdiyi mövqeyini dəyişməyib.
Paşinyan “status” iddialarının aşağı salınması üzrə beynəlxalq çağırışları əvvəllər də olduğunu, lakin keçmiş hakimiyyətlər tərəfindən cəmiyyətdən məharətlə gizlədildiyini deyir. Və bununla elan edir ki:
- “Status” məsələsi əsas gündəmdə deyil: bu iddianı Qarabağdakı ermənilərin “təhlükəsizlik və hüquqlarının təminatı” ilə əvəzləyirlər;
- Günah onda yox, bu vəziyyəti yaradan əvvəlki hakimiyyətlərdədir.
Erməni baş nazir Qarabağla bağlı planlarını da açıqlayıb: “Qarabağ xalqı (erməniləri nəzərdə tutur) Qarabağda yaşasın, özlərini həm “qarabağlı”, həm də erməni kimi hiss etsinlər”. Diqqətçəkən məqam odur ki, Paşinyan Qarabağda separatçı-terrorçu rejimin yox, erməni xalqının qalmasından bəhs edir: Azərbaycan bölgədə yaşayan erməni əhalisinin təhlükəsizlik və hüquqlarının təminatına əvvəldən zəmanət verir;
Paşinyanın çıxışında əsas məqamlardan biri də “Qarabağla bağlı heç bir sənədin, layihənin masada olmadığına” dair dedikləridir. O, bununla müxalifətin iddialarına cavab verir, eyni zamanda, mövcud reallığını da dilə gətirir: masada Bakının təqdim etdiyi 5 baza prinsipinə əsaslanan sülh sazişi var və bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi iddialarından əl çəkməsini özündə ehtiva edir. Azərbaycan Qarabağ məsələsinin bitdiyini elan edib və öz ərazilərimizlə bağlı hansısa layihə müzakirə mövzusu ola bilməz.
Nikolun Minsk qrupu ilə bağlı dedikləri isə reallığa yox, hüquqa söykənir: həmsədrlik formatının hüquqi mandatı hələ də qalsa da, ABŞ və Rusiyanın son qərarları bu formatın de-fakto olmadığını təsdiqləyir;
Erməni baş nazirin çıxışı ümumilikdə İrəvanın Bakı ilə sülh sazişini imzalamaq istəyinə dair gözləntiləri önə çıxarır. Paşinyan bildirir ki, “məqsədləri ermənilərin Qarabağda qalmasıdır və sülh olmadan bu mümkün deyil”. Bununla mesaj verir ki, Qarabağdakı erməniləri qorumaq üçün yeganə yol Azərbaycanla sülh sazişini imzalamaqdır.