Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:58 | 22 aprel 2022 | Cümə
Məqaləyə 698 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya artıq öz generallarının dili ilə tək “DXR/LXR” kimi qondarma qurumları “azad” etmək haqqında deyil də, həm də bütün Cənubi Ukraynanı, Zaparoje, Xerson, Odessa vilayətlərini işğal edib Kremlin digər oyuncaq qondarma qurumu, Moldova ərazisi olan “Dnestryani Respublikaya” quru yolu açmaq haqqında danışmağa başladı. Əvvəllər bu haqda ancaq Kremlin təbliğatçı “bülbülləri” danışırdı, indi ordusu bunu hədəf kimi elan edir.
Rusiya Ukraynada çox fəlakət törətdi-törədəcək, hətta böyük bir hissəsini işğal da edə, “Şərqi Ukrayna Respublikası”, və ya “Novorosiya Respublikası” da elan edə bilər - çünki, Kreml üçün insan/əsgər həyatının heç bir əhəmiyyəti yoxdur, avtoritar rejimdən totalitar sistemə keçir, fərqli fikirləri boğur, iqtisadi çöküşü torpaq işğalı ilə əvəz edəcək bir yola çıxır. Yəni, yüz minləri itki verib, öz xalqına səfalətə sürükləyib məqsədinə çata bilər - bunu hesaba qatmaq lazımdır.
Amma dünyada çox maraqlı məsələ - AFR və ADR, iki yerə bölünmüş Almaniya örnəyi var. Rusiya (SSRİ) Şərqi Avropanı işğal etdi, Almaniyanı iki yerə böldü, amma cəmi 44 ildən sonra azadlıq, doğru iqtisadiyyat, özəl təşəbbüslər, seçkili sistem Rusiyanın hərbi maşınına qalib gəldi və Almaniya 1 güllə belə atmadan, itki vermədən birləşdi, itirdiyi torpaqların böyük hissəsini geri ala bildi. İtirdiyi torpaqlar da oldu - amma bu alman xalqının nasizmə əl çalmasının bədəli idi.
İndi də bənzər analogiyalar aparmaq olar - müharibə nəticəsində Rusiya Ukraynanın bir hissəsini hətta işğal etməyə nail olsa belə, zamanla hər şeyi itirəcək - çünki sistemləri zaydır, inkişafa deyil də deqrodasiyaya köklənib. Həm də iqtisadi olaraq bu yükü çəkə bilməyəcək, bu gün vəhşicəsinə dağıdaraq böyük bir hissəsini işğal etdiyi bir tək Mariupolun bərpasına 15-20 milyard dollar lazımdı, bütün işğal etdiyi torpaqların bərpasına isə yüz milyardlarla dollar lazım olacaq - bu qədər pul yoxdur, olmayacaq da.
Deməli müharibədən sonra Ukrayna əlində qalacaq ərazilərində yeni “Almaniya” qura bilsə cəmi 14 ildən (məsələn) sonra Krım qarışıq bütün itirdikləri torpaqları tam geri qaytara bilər.
Rusiya xalqı isə bu gün yeni totalitar (imperialist, absurd, repressiv) sistemə (almanları nasizmə dəstək verdikləri kimi) göz yumub dəstək verdikləri üçün mütləq öz əzəli torpaqlarını da itirəcəklər.
Tarix üçün 44 il bir saniyə, 14 il isə saniyədən də azdır, haqlı mütləq qalib gələcək, bizim 44 günə qalib olduğumuz kimi - Slava Ukraine!