vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
“Düşmən hər yerdədir” 10:02 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Düşmən hər yerdədir”

Tarix dəyişsə də, Rusiyanın mahiyyəti dəyişmir

NATİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yorq Baberovskinin “Düşmən hər yerdədir. Stalinizm Qafqazda” kitabını bu gün sizlərlə bölüşməyim təsadüfü deyil.

Bu gün Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının 102-ci ildönümüdür. Y.Baberovskinin fundamental adlandıra biləcəyim əsəri Azərbaycan tarixinin XIX əsrin sonu XX əsrin 20-30-cu illərini əhatə edir. Müəllifin istifadə etdiyi qaynaqların mötəbərliyinə şübhə qalmır, çünki əsasən Rusiyanın və Azərbaycanın dövlət, təhlükəsizlik, siyasi, sosial, ən yeni tarix və digər arxivlərindən istifadə olunub. 

Kitabı oxuduqca mənbələrin və faktların bolluğundan heyrətlənməyə bilmirsən.

Bu baxımdan kitabdan 3 faktı misal çəkəcəm ki, bunlar Azərbaycanın işğalının hansı qəddarlıqla gerçəkləşdiyini təsdiqləyir.

1920-ci il, sentyabr. Nərimanovun Moskvadakı səlahiyyətlisi Şahtaxtinski Leninə yazırdı: Yerlərdən sarsıdıcı məruzələr alınır. Məsələ qız və qadınların açıq şəkildə zorlanmasına qədər gedib çıxır... 

1920-ci il, oktyabr. Müsəlman kommunist Xanukayev Stalinə yazırdı: yerli hakimiyyətin ünvanına istənilən tənqid rüşeymində boğulur, fəhlələri güllələnməylə qorxudurlar. Fəhlələrin yeni dövrün başlanmasına olan ümidləri FK diktaturasına qarşı nifrətə çevrilirdi. O zaman geyməyə nə isə var idi, amma indi çılpaq və ayaqyalındırlar...çarizm zamanı daha yaxşı idi. Burada “ağa ruhu” “kommunist cildində” təzahür etdi. 

1923-cü ilin əvvəlində Zaqafqaziya Diyar Komitəsinin (ZDK) Rəyasət Heyətinin özü rus və bəzi müsəlman funksionerlərinin pozğun həyatına və sərxoşluğuna son qoymaq üçün müdaxilə etməli oldu. FK əməkdaşları və Qızıl Ordu zabitləri açıq şəkildə bahalı restoranlarda içki məclisləri qurur, arvadlarına oğurlanmış zinət əşyaları bağışlayır və müsadirə olunmuş avtomobillərdə qaçaq mallar daşıyırdılar. ZDK iclaslarının protokollarında bildirilirdi ki, “sistemli sərxoşluq” “adi hal” xarakteri alırdı.

Y.Baberovskini oxuduqca Rusiyanın bu gün Ukraynada törətdiyi vəhşiliklərlə 100 il əvvəl Azərbaycanda etdikləri arasında ciddi fərqi görmürsən. Tarix dəyişsə də, Rusiyanın mahiyyəti dəyişməz olaraq qalır.