Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
23:56 | 22 may 2022 | Bazar
Məqaləyə 967 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Bu günlərdə Berlində Ukraynaya dəstək aksiyası kimi ədəbi-bədii-musiqi gecəsi keçirildi. Bir neçə ukraynalı bəstəkar dostumun əsəri orada səsləndi. Çox təsirli və emosional bir axşam idi. Qonaq qismində gələnlər arasında bir gənc xanım da vardı. Bilməyərəkdən soruşanda ki, “Siz də Kiyevdən gəlmisinizmi?”, qız başını əllərilə tutub aşağı saldı, boğuq səslə: “Yox, Moskvadan” dedi. Doğrusu pərt oldum bir az, kimsənin könlünə dəymək fikrim yox idi.
Tədbir bitəndən sonra foyedə davam etdik. Musiqiçilər-yazarlar söhbətləşdik. Dediyim kimi çox böyük bir emosional dalğa vardı. Hətta bir alman şairəsi ağladı da... Söhbət əsnasında rus xanımdan Almaniyaya hansı marşrutla gəlməsini sordum. Dedi ki, birbaşa mümkünsüz kimidir. İlk öncə İrəvana gedibmiş, oradan da Polşaya və nəhayət bura. Maraqlı gəldi, sordum ki, “İrəvanda eşitdiyim qədəri hazırda çoxlu Rusiyadan köçən var?”
Cavabında “Hə, çoxdan çox” - dedi, kiçik bir pauzadan sonra isə inamsızlıqla əlavə etdi ki: “... Bilmirəm, kollektiv cavabdehlik hissi...”
Ağır idi. Əlbəttə mən də, başqaları da dedik ki, kollektiv məsuliyyətdən söz gedə bilməz, adi insanların təqsiri nədir axı. Amma xanımın emosional halını anlayırdım. Mənsub olduğun ölkənin bəşəri cinayətlərə imza atması və tarixin doğru olmayan tərəfində yer alması çox-çox dəhşətli, insanın özünü günahkar duyması kimi ağır və acı bir hissdir, hərçənd ki, bu gənc xanımın təbii ki, heç bir suçu yox idi.
Eynisi bu günlərdə Vilnüsdə keçirilən “Müharibə əleyhinə konfrans” zamanı hiss edildi, orada dabbaqda gönünə yaxşı bələd olduğumuz rus liberalları yığışmışdı, Putinin Ukraynadakı fiaskosunu və necə “yaxşı rus” olmaq barədə düşünürdülər. Şərhsiz.
Bir dəfə yazmışdım, bir daha deyim - Azərbaycan tarixin doğru tərəfindədir. Bu səbəbdən biz başı uca və alnı açıq gəzə bilirik.