

Azərbaycan Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynov həbs edilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Dövlət Arxivinin Şirvan filialının direktoru H.Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Bununla yanaşı, Hamlet Hüseynovun ailə üzvləri və vəkili hələ onun həbsinə münasibət bildirməyib.