
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı planlar hazırlayır.
“Azadlıq hərəkatı” adlı radikal təşkilatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, onların üzvləri Laçının “müdafiəsi”ndə fəal iştirak edir və şəhərin təhvil verilməsinin qarşısını alacaqlar. Bunu necə edəcəklərinin detallarını açıqlamaq istəmir, əlavə edir ki, müxtəlif aksiyaların təşkili ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər.
Hesab etmək olar ki, erməni revanşistlər Oxikyanın dediyi kimi müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər, lakin açıqlamada iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını ön plana çıxarır:
1. Oxikyan hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak etdiyini deyir.
2. O, atacaqları addımların detallarını açıqlamaqdan imtina edir.
Mümkündür ki, erməni təxribatçılar Laçının hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrində silahlı dəstələr yaradıb və alternativ marşrutun istifadəyə verilməsindən sonra hərəkətə keçəcəklər.
Bu prosesdə Rusiyanın da mümkün maraqları var:
– Ermənistan tərəfinin məlumatları yeni marşrutun daha əlverişsiz olduğu yönündədir: bu, ruslara sərf etmir, çünki yeni yol ermənilərin Qarabağa gediş-gəlişini çətinləşdirə, əhalinin bölgədə qalmaq perspektivini daha da azalda bilər;
– Bakı “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” tələbini yeni marşrutun istifadəyə verilməsindən sonra aktuallaşdıra bilər;
– Moskva Laçın şəhərinin Azərbaycana təhvil verilməsi məsələsini “üçtərəfli razılaşmalarda irəliləyişlər”dən biri kimi Bakıya qarşı kart kimi istifadə etməyi planlaşdırır və istisna deyil ki, bu kartı hələki əlindən çıxarmaq niyyətində deyil.
“Azadlıq hərəkatı”nın üzvlərinin Laçının “müdafiəsi”ndə iştirakı” doğrudursa, bunun rus sülhməramlılarının icazəsi olmadan etmədikləri də bəllidir.
Paşinyanın da burada öz oyununun olması ehtimalı nəzərdən qaçmamalıdır. Rəsmi İrəvanın “Azadlıq hərəkatı”ndan ikinci “Sasna srer” hadisəsi düzəldə bilməsi mümkün versiyalardan biridir.