İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:03 | 28 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 1025 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın ali lideri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayəti bir daha Azərbaycan Respublikasının daxili işlərinə qarışaraq, Azərbaycan-İsrail əlaqələrini tənqid edib.
“Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”, – deyə Vilayəti “Təsnim” xəbər agentliyinə müsahibəsində bildirib.
O, Azərbaycanla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub.
“Biz müsəlman ölkələrin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, – deyə Xameneyinin müşaviri qeyd edib.
Bundan öncə İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib və onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.
“Biz başqalarına Azərbaycanın daxili və xarici işlərinə qarışmasına imkan vermirik, burada hansı ölkə ilə münasibət və əməkdaşlıq etmək barədə özümüz qərar veririk”, – deyə Prezident İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq bildirmişdi.