İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:54 | 25 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 3212 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“Rəsmi Bakı İran ilə Rusiya arasındakı PUA satınalmalarına qarşı real vəziyyətdə hansısa bir etirazını və ya narahatlığını bildirməyəcək”. Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, vəziyyət o yerə çatıb ki, Rusiya artıq İran kimi texnoloji proseslərdən geridə qalan bir dövlətin silahlarına ehtiyac duyur: “Bu silahların ötürülməsi əgər beynəlxalq satınalmalar prosedurunu pozmursa, buna etiraz bildirmək də doğru deyil. Çünki biz də zaman-zaman İranı narahat edəcək silahları İsraildən əldə edirik.
Maraqlı olan orasıdır ki, dünyanın ikinci ən böyük hərbi gücünə malik olan Rusiya, dünyanı nüvə silahı ilə hədələyən Rusiya bu gün İran kimi texnoloji proseslərdən sanksiyalar səbəbi ilə çox geridə qalan bir dövlətin silahlarına artıq ehtiyac duyur.
Ermənistanın ordu rəhbərliyi 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra pilotsuz uçuş aparatları əldə etmək üçün fəallığını artırıb. İstisna deyil ki, bu mövzuda İrəvanla Tehran arasında qapalı danışıqlar gedir. Rusiyaya pilotsuz uçuş aparatları satan İran eyni aparatları Ermənistana da verərsə, burada rəsmi Bakı tamam fərqli reaksiya sərgiləyə bilər. O zaman Azərbaycan buna öz narahatlığını yəqin ki, Xarici İşlər Nazirliyi səviyyəsində bildirəcək.
Amma gəlin unutmayaq ki, Ermənistana bu günə qədər bir çox ölkələr silah verib. Lakin onların heç biri öz effektivliyini nümayiş etdirməyib”. (Milli.az)