Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:12 | 7 oktyabr 2022 | Cümə
Məqaləyə 862 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Ötən gün Praqada İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Şarl Mişel arasında saatlarla davam edən danışıqlardan sonra qəbul edilən yekun bəyanat olduqca əhəmiyyətli sənəddir. Ancaq bu sənədin altında Ermənistan rəhbərinin imzası dayanırsa, bu sənəd sadəcə kağız parçasından başqa bir şey olmaya bilər”.
Bunu “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri ancaq güc faktoru sayəsində yerinə yetirəcək: “Tarix, hadisələr də onu göstərir ki, Ermənistan götürdüyü öhdəliklərə, atdığı imzaya sadiq deyil. 1991-ci ildə hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləsə də, Ermənistan 1992-ci ildə Qarabağın böyük bir hissəsini və digər rayonları işğal etdi.
Ovaxtkı deklarasiyanın altında ilk prezidentləri Levon Ter-Petrosyanın imzası dayanır. Amma Ter-Petrosyan indi orada-burada bülbül kimi oxuyur ki, güya Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və s. İndi nə oldu?! Axı sənin dövründə bu ərazilər işğal olunmuşdu.
Digərləri – Sərkisyan, Köçəryan ümumiyyətlə quldurdurlar. Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak edən onlardır elə. Madrid prinsipləri haqqında danışanda, yaxud da ki, 20 ildən çoxdur bu prinsiplər əsasında danışılqar aparanda deyirdilər ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və onlar Azərbaycana qaytarılmalıdır.
Bəs niyə qaytarmırdılar?
Çünki onlar işğalçı mahiyyətli adamdırlar, quldurlardır. Ona görə də özləri zəbt etdikləri torpaqları qaytarmaq istəmirdilər.
Paşinyan guya indi üçtərəfli 10 noyabr bəyanatının bəndlərinə əməl edir? Yox! Yenə də o bəyanatla üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur. Yeri gəlmişkən, Nikol Paşinyan 3 il bundan qabaq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Nə oldu bəs, indi niyə demir onu? İndi niyə bu deklarasiyanı imzalayır?
Bu, bir daha ondan xəbər verir ki, Paşinyan elə bir etibarsız adamdır ki, ona inanmaq düzgün deyil. Güc faktoru indi əsas amildir ki, bütün bu öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilsin”.